Yuxarı

Ekspertdən yol problemli ilə bağlı - Çıxış yolu

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ekspertdən yol problemli ilə bağlı - Çıxış yolu

"Yaxın günlərdə hər şey təbii axarına düşəcək, çünki hər kəs yaranmış şəraitdə özü üçün fərdi çıxış yolu tapmağa məcburdur".

Axar.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov qeyd edib.

Onun sözlərinə görə, yollarla bağlı yaranmış problemin hüquqi xırdalıqlarını axtarmaq gərəksizdir:

"Avtomobillərin Bakı şəhərinə daxil olmasının qarşısının alınması, habelə Oyunlar zolağında hərəkətlə bağlı suallar artmaqdadır. Bu sualları verənlərə və bu məsələ ilə maraqlananlara ümumi şəkildə bunları demək istəyirəm. Əvvəla, gəlin, həmin məhdudiyyət tədbirlərinin hüquqi xırdalıqlarını axtarmağı kənara qoyaq. Məncə, bunun müzakirəsinin əhəmiyyəti yoxdur. Əsas diqqəti bu tədbirlərin zəruriliyi məsələsinə yönəltsək nəticə çıxarmağımız daha rahat və praqmatik olar. Ona görə də heç kəs xüsusi narahatçılıq keçirməsin, ilk günlərdə müəyyən gərginlik olsa da, yaxın günlərdə hər şey təbii axarına düşəcək, çünki hər kəs yaranmış şəraitdə özü üçün fərdi çıxış yolu tapmağa məcburdur və bunu tapacaq. Təsadüfi deyil ki, məhdudiyyətlər oyunlara 10 gün qalmışdan tətbiq edilməyə başlayıb. Hədəf də odur ki, hər kəsin özünə sərf edən, şəraitə uyğun və rahat olan davranış variantı seçməsinə imkan olsun.

Bununla bağlı yalnız üç tövsiyəmi verə bilərəm:

1. İstər Bakı şəhərində, istərsə də Bakıya gələrkən fərdi avtomobillərinizdən istifadəni bu 1 ay müddətində minimuma endirin. Bu, xüsusən rayonlarda yaşayanlar üçün vacibdir;

2. Əgər fərdi avtomobildən istifadə qaçılmazdırsa, onda elə hərəkət marşrutu seçməyə çalışın ki, oyunlar zolağı olan yollardan keçməli olmayasınız;

3. Oyunlar zolağı olan yollardan keçmək də qaçılmazdırsa, onda həmin zolaqlara daxil olmayın, sadəcə, səbrli və diqqətli olun.

Çalışın ki, özünüzə və başqalarına problem yaratmayın. Məncə, hər kəs bir az fikirləşsə, özü üçün şəraitə uyğun çıxış yolunu tapacaq".

Tarix
2015.06.02 / 14:05
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla