Yuxarı

“Audi” 600 mindən çox avtomobili geri çağırır

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Audi” 600 mindən çox avtomobili geri çağırır

“Audi” şirkəti emissiya problemləri ilə əlaqədar dünya üzrə 604 min 543 avtomobili iki kampaniya çərçivəsində geri çağırır.

Axar.az “Bild” qəzetinə istinadla xəbər verir ki, birinci və daha böyük geri çağırma kampaniyası Federal Avtomobil Nəqliyyatı İdarəsi (KBA) tərəfindən siyahıya alınan 342 min 179 avtomobili əhatə edir. 2005-2010-cu illər istehsalı olan A4, A6 və A8 model avtomobillərin 128 min 959-u Almaniyadadır.

KBA-nın məlumatına görə, həmin avtomobillərdə emissiyaya nəzarət sistemində yaranan problemlərin aradan qaldırılması üçün mühərrikin proqram təminatının yenilənməsi nəzərdə tutulur.

İkinci geri çağırma isə 2010-2017-ci illərdə istehsal olunan 262 min 264 ədəd A4, A5, A6, A7, A8, Q5 və Q7 model avtomobilləri əhatə edir. Bu avtomobillərin isə 50 min 713-ü Almaniyadadır. Həmin avtomobillərdə işlənmiş qazın təkrar dövriyyəsi səviyyəsinin normalara uyğun gəlmədiyi bildirilir.

Tarix
2024.12.11 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla