Yuxarı

Farel Vilyams Bakını coşdurdu - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Farel Vilyams Bakını coşdurdu - Foto

İyunun 19-da Formula-1 Avropa Qran-prisi başa çatdıqdan sonra Formula-1 Şəhərciyində maraqlı əyləncə proqramı keçirilib.

Axar.az xəbər verir ki, möhtəşəm avtomobil yarışında yüksək adrenalin yaşayan azarkeşlər idman mübarizəsindən sonra gözəl musiqilərin sədası altında əyləniblər.

Yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış müğənnilərindən olan Farel Vilyams əsas səhnədə yer alaraq məşhur musiqi proqramı ilə Avropa Qran-prisinə yekun vurub. İstedadlı amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində "Get Lucky", "Happy" və "Frontin" kimi populyar hitlərinin və digər musiqi parçalarının müəllifi kimi tanınır.

"Formula-1 Şəhərciyi"ndə yarışın sonuncu günündə də səyyar məzhəkəçi aktyorlar tamaşaçıların istirahətinə xüsusi rəng qatıb. Səyyar proqrama Güzgü Adam, aktyor Spandi Andi, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və ənənəvi Azərbaycan rəqsləri daxildir. Həmçinin yerüstü 3D illüziya incəsənət nümunələri, 8 metr hündürlüyündə dırmanma divarı, hava tunelində uçuş, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlərin çıxışı, batut şousu da azarkeşlərə təqdim olunub.

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti trekdə dincəlməyə yer axtaranları da diqqətdən kənarda qoymayıb. Trekdəki gərginlikdən bir qədər uzaqlaşmaq istəyənlər çuval formalı rahat oturacaqlarda, çətirlərin altında, divanlarda, kiçik masalarda və şezlonqlarda istirahət edə biliblər.

Formula-1 Avropa Qran-prisinin əyləncə proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Tarix
2016.06.19 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla