Yuxarı

Birinci xanımdan velosipedçiyə hədiyyə - Foto

Ana səhifə Bakı 2015
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birinci xanımdan velosipedçiyə hədiyyə - Foto

Velosipedlə Lissabondan Bakıya gələn idmançı bayraqdarları üçün bayraq gətirib.

ANS-in məlumatına görə, Avropanın ən uzaq qərbində yerləşən paytaxt Lissabondan bu qitənin ən uzaq şərqində yerləşən paytaxt Bakıya 7 min km məsafə qət edən Horhe Kristavao medala layiq görülüb. Bu mükafat ona çərşənbə günü axşamı, Avropa Oyunlarının Açılış Mərasimi üçün biletlər şəklində təqdim edilib.

İdman aşiqi olan portuqaliyalı velosipedçi Azərbaycanın birinci xanımı və Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfındən açılmış Bakı-2015 Avropa Qonaqpərvərlər Klubunda VİP qonaqların sırasında olub.

Klubun açılışında Mehriban Əliyeva və Horhe Kristavaoya Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki və Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq də qoşulub.

Şəhərin məşhur Dənizkənarı Bulvarının yaxınlığında yerləşən klub birinci Avropa Oyunları ərzində VİP qonaqlara, ali qonaqlara və sponsorlara ev sahibliyi xidməti göstərəcək.

Oyunlar barədə məlumatın yayılması kimi böyük məsuliyyəti boynuna götürmüş 53 yaşlı Kristavaoya Açılış Mərasiminə iki bilet təqdim edilib.

Aprelin 10-da Lissabondan yola düşən Kristavao İspaniya, Fransa, Monako, İtaliya, Yunanıstan, Türkiyə, Gürcüstan və Azərbaycan marşrutu üzrə hərəkət edib.

Bütün yol boyu Portuqaliya Olimpiya Komitəsi missiyasının rəhbəri Xose Qarsiya tərəfindən təqdim edilmiş Portuqaliya bayrağını da daşıyıb. Bu bayraq Açılış Mərasimində daşınması üçün Portuqaliya nümayəndə heyətinin bayraqdarına təqdim ediləcək.

Tarix
2015.06.11 / 13:40
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla