Yuxarı

Hollandiya - İspaniya: ispanlar darmadağın oldu: 5-1

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hollandiya - İspaniya: ispanlar darmadağın oldu: 5-1
Braziliyada keçirilən futbol üzrə dünya çempionatının B qrupunda ilk qarşılaşmaya start verildi. Hazırda Hollandiya və İspaniya qarşılaşması başladı.

Qeyd edək ki, bu iki komanda mundialın ən güclü yığması hesab olunur. Ona görə də bu qarşılaşmanı idman şərhçiləri "finalçıların qarşılaşması" adlandırır.

00:22

Matçın 26-cı dəqiqəsində Dieqo Kostaya qarşı edilən kobudluğa görə hakim hollandların qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Xavi Alonso penaltini yerinə yetirdi və ispanları önə keçirdi: 1-0

İspaniya və Hollandiya yığmalarının start heyətində meydana çıxan oyunçuları aşağıdakı kimidir:

İspaniya: 1 Kasilyas, 3. Pike, 6. İnyesta, 8. Xavi, 14. Alonso, 15. Ramos, 16. Serxio, 18. Alba, 19. Kosta, 21. Silva, 22. Azpilisueta.

Baş məşqçi: Vinsent del Boske

Hollandiya: 1 Cillessen, 2. Vlaar, 3. De Vrij, 4. İndi, 5. Blind, 6. De Yonq, 7. Ganmaat, 8. Guzman, 9. Van Persi, 10. Sneyder, 11. Robben.

Baş məşqçi: Lui Van Qal

00:39

Matçın 44-cü dəqiqəsində Hollandiya yığması hesabı bərabərləşdirdi. Van Persi bərabərliyi təmin etdi. 1-1

01:09

Matçın gedişində hesabda geri düşən Hollandiya yığması matçda dönüş etdi. Qarşılaşmanın 53-cü dəqiqəsində Blindin ötürməsiylə Roben komandasını irəli çıxardı. 2-1

01:19

Hollandiya yığması hesabdakı fərqi artırdı. Sneyderin ötürməsi ilə Stefan de Vrij 64-cü dəqiqədə ispanları daha çətin vəziyyətə saldı. 3-1

01:21

Matçın 66-cı dəqiqəsində İspaniya yığması David Silvanın zərbəsi ilə topu hollandların qapısından keçirsə də, hakim, oyundan kənar vəziyyət olduğundan, hesabı qeydə almayıb.

01:30

İspaniya yığmasının qolkiperi İker Kasilyasın kobud səhfi nəticəsində Van Persi hesabı biabırçı həddə gətirib. 4-1

01:35

Hollandiya yığması hesabı rüsvayçı həddə çatdırdı. Roben 5-ci qolun qolun müəllifi oldu. 5-1

Beləliklə, qarşılaşma hollandların 5:1 hesablı qələbəsi ilə yekunlaşdı.

Tarix
2014.06.14 / 01:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şahbaz Şəriflə danışdı

ABŞ F-35-ni kim vurdu: İran, İsrail, Çin, Rusiya, yoxsa özü?

İsrail səfirliyi Azərbaycanı təbrik etdi

QMİ sədri Yaxın Şərqdəki müharibə ilə bağlı çağırış etdi

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla