Yuxarı

Suares Dünya Çempionatından uzaqlaşdırıla bilər

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suares Dünya Çempionatından uzaqlaşdırıla bilər

FİFA Uruqvay millisinin hücumçusu Luis Suaresə qarşı İtaliya oyunda rəqib futbolçu Corco Kyellinin çiynini dişlədiyi üçün intizam işi açıb.

Hadisə ilə əlaqədar bu gün tərəflərin iştirakı ilə dinləmə keçiriləcək.

FİFA Suaresin özünü və ya Uruqvay Futbol Federasiyasının nümayəndəsini bu gün Braziliya vaxtı ilə saat 17.00-da (Bakı vaxtı ilə bu gecə 01.00) başlanacaq həmin dinləməyə dəvət edib. Söhbət zamanı Uruqvay tərəfi öz mövqeyini ortaya qoymalı, Suaresin rəqibin çiynini bilərəkdən dişləmədiyini sübut etməlidir.

FİFA-nın İntizam qaydasının 77-ci bəndinə əsasən, görüşün protokoluna daxil edilməyən, amma maraqlı tərəflərin ifadələrinə və hakimlərin rəyinə əsasən, audio-video görüntülərin və şahidlərin olacağı halda, bu kimi hərəkətlərə görə futbolçuya sərt cəza tətbiq edilə bilər.

Xatırladaq ki, həmin qalmaqallı epizodu oyunun baş hakimi Marko Rodriges görmədiyi üçün qeydə almayıb və Suaresi cəzalandırmayıb.

Qeyd edək ki, bu və buna bənzər hərəkətlər səbəbindən FİFA-nın ən ağır cəzası 24 oyunluq diskvalifikasiyadan ibarətdir. Dünya çempionatları tarixində bunadək ən sərt cəza 1994-cü ilin mundialı zamanı İtaliya millisinin müdafiəçisi Mauro Tassottiyə tətbiq olunub. Oyun zamanı rəqibin burnunu bilərəkdən qırdığı üçün ona səkkiz oyunluq cəza tədbiq edilmişdi.

Əlavə edək ki, Luis Suares rəqib oyunçuları dişləməyi ilə də tanınır. O, Hollandiya çempionatında PSV-nin futbolçusu Oman Bakkal, İngiltərə Premyer Liqasında isə "Çelsi"nin müdafiəçisi Branislav İvanoviçi dişləmişdi.

Qol.az

Tarix
2014.06.25 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan da mənimlə eyni fikirdədir - İlham Əliyev

Bu halda sülh sazişi üçün heç bir maneə qalmayacaq

Prezident separatçılara verilən cəzadan danışdı

Bizə Fransa ilə heç bir problem lazım deyil - Əliyev

İlham Əliyev Fransa kanalına müsahibə verdi

Bizim çox üstünlüklərimiz var - Prezident

Tramp bununla böyük bir iş gördü - Əliyev

Bu gün Azərbaycan ehtiyac duyulan ölkədir - Prezident

Bu il Bakı və İrəvan arasında sülh sazişi imzalanacaq?

BMT tam iflic vəziyyətə düşüb - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla