Yuxarı

Bu gün Nobel alan şair türk kökənli çıxdı - Video

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Nobel alan şair türk kökənli çıxdı - Video

"Cənnətin qapılarını döymək" ("Knocking on heavens door") mahnısı ilə əfsanəyə çevrilən amerikalı yazıçı və musiqiçi Bob Dilan bu gün Ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.

Axar.az Azərbaycanda o qədər də tanınmayan Bob Dilanla bağlı məlumatları təqdim edir.

Robert Allen Simurden və ya səhnə adı ilə Bob Dilan: 24 may 1941-ci ildə ABŞ-ın Minnesota ştatının Dulut şəhərində anadan olub. Eyni ştatın Hibbinq əyalətində boya-başa çatıb.

Babası Ziqman Simurden və nənəsi Anna Simurden 1905-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərindən Rusiya imperiyasının Odessa şəhərinə köçüb.

Anasının atası Benjamin Eledsteyn və ana nənəsi Libba Edelsteyn Litva əsilli yəhudilərdir. Onlar 1902-ci ildə ABŞ-a köç edib.

Dilan 2004-cü ildə "Xronikles: Volum Van" adlı xatirələrində ata anasının kağızmanlı (Kağızman – Qarsda yer adı) olduğunu, evlənməmişdən əvvəl soyadının "Kirgiz" (qırğız-türk) olduğunu, nənə valideynlərinin nəslinin İstanbuldan gəldiyini yazır.

10 Qremmi mükafatına sahibi olan Dilan hələ 18 yaşında təhsil aldığı universitetdən qovulub.

1971-ci ildə yazdığı "Tarantula", 1972-ci ildə "Yazılar və rəsmlər", 1994-cü ildə "Boş kağız", 2003-cü ildə "Bob Dilanın qəti musiqi kitabı", 2004-cü ildə "Xronikles: Volum Van", 2004-cü ildə "1962—2001 mahnı sözləri", 2005-ci ildə "Bob Dilanin kəsik kitabı – 1956-1966" kitabları daha çox rokçuluqla şöhrət qazanan Dilanın ədəbiyyat sahəsində də bir o qədər istedadlı olduğunu sübuta yetirdi.

Dilanın "Küləkdə uçuşanlar", "Zamanlar, onlar dəyişir" mahnıları üçün yazdığı sözlər ABŞ-da insan hüquqları və antimilitarizm hərəkatlarının himninə çevrilib.

Bob Dilan Ədəbiyyat üzrə Nobel mükafatını "Amerikanın musiqi ənənələrində poetik obrazlar yaratdığına görə" alıb.

Tarix
2016.10.13 / 22:45
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla