Yuxarı

Ermənilərin saxta tarixi... - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin saxta tarixi... - Foto

AMEA Naxçıvan Bölməsinin sədri, əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin "Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri" monoqrafiyası rus dilində çap edilib.

AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən Axar.az-a bildirilib ki, kitabda ermənilərin Azərbaycan xalqına qarşı mərhələlərlə törədikləri soyqırımı və deportasiya siyasətini ifşa edən sənədlər, əsassız ərazi iddiaları, torpaqlarımız uğrunda gedən mübarizə və onların nəticələri əks olunub.

Monoqrafiyada arxiv sənədlərinə, dövri mətbuat materiallarına, habelə bir çox tədqiqatçıların əsərlərinə müraciət olunaraq erməni millətçiləri və havadarlarının xalqımıza qarşı törətdikləri çirkin əməllərinin xronoloji təhlili verilib, eyni zamanda, Naxçıvan əhalisinin inadlı müqaviməti və qardaş Türkiyənin siyasi səyləri ümumiləşdirilib.

Kitabın "Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları və soyqırımı siyasəti", "Erməni daşnaklarının Naxçıvana qarşı ərazi iddiaları və Naxçıvan əhalisinin soyqırımına məruz qalması" fəsillərində oxucular özlərinə saxta tarix formalaşdıran ermənilərin qədim tarixi keçmişə sahib olan Azərbaycana və onun ayrılmaz tərkib hissəsi Naxçıvana qarşı məkrli siyasətinə toхunulub.

Tarixi faktlara dəqiqliklə yanaşılması, Naxçıvanla bağlı 1924-cü ilə aid xəritə haqqında məlumatın verilməsi nəşrin elmi dəyərini daha da artırır.

Tarix
2016.11.04 / 20:04
Müəllif
Axar.az
Digər xəbərlər

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla