Yuxarı

Bu məsələ adamda heyrət doğurur...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müəllifin üslubunu yaratması üçün nəsrində canlı danışıq dilinin sintaksisi aparıcı olmalıdır, yoxsa ədəbi dilin normaları?"

Axar.az ədəbiyyat adamlarının bu suala cavablarını təqdim edir:

Yazıçı İmir Məmmədli

"Məncə, yazıçı danışıq dilinə və ya hər hansı bölgənin ləhcəsinə öz üslubunu yaratmaq məqsədi ilə deyil, ədəbi obrazın xarakterini açmaq, onun portretinə zəruri bir cizgi əlavə eləmək məqsədi ilə müraciət etməlidir. Əlbəttə, o da aksiomdur ki, yazdığı dilin içində yazıçının öz dili, özünəməxsus ifadə tərzi olmalıdır. Həmin dili isə, zənnimcə, danışıq dili deyil, yazarın nəfəsi, emosionallığı, ehtirası və həyata münasibəti formalaşdırıb ərsəyə gətirir. Başqa sözlə, müəllif öz yazısında özü olmağı bacarırsa, yəni səmimi ola bilirsə, onun üslubu da göz qabağında olur. Düşünürəm ki, həyatın bütün sahələrində olduğu kimi, bədii ədəbiyyatda da səmimi olmaq, kənar təsirlərdən yaxa qurtarmaq müşkül məsələlərdən biridir".

Şair Qismət

"Bədii mətndə bunların hər ikisi harmonik şəkildə olmalıdır, amma ümumən dil ilə bağlı bizdə hələ də davam edən çox köhnəlmiş, dünyada, az qala, 60 il bundan əvvəl öz ömrünü başa vurmuş müzakirələr və yanaşmalar var ki, adamda təəccüb qarışıq heyrət doğurur. Söz açılmışkən iki məqama iki dünya şöhrətli yazıçıdan sitat gətirməklə diqqət çəkmək istəyirəm. Birincisi, Orxan Pamukdandır. Pamuk yazır ki, hindistanlı yazıçı dostlarımdan biri evimdə qonaq idi, mən də o ərəfədə "Başımda bir qəribəlik" adlı romanımı yazırdım. Romanımın qəhrəmanı aşağı təbəqədən olan, küçələrdə səyyar satıcılıq edən Mövluddur. Romanımdan hind dostuma danışanda, o, məndən soruşdu ki, qəhrəmanın dilində ləhcələrdən, dialektlərdən istifadə edəcəksən? Pamuk yazır: "Dedim, əlbəttə ki, yox, axı belə şeylər 40 ilə yaxındır ədəbiyyatda müzakirə mövzusu deyil və böyük ədəbiyyat heç vaxt belə olmayıb". İkinci örnək görkəmli Çin yazıçısı Mo Yandandır. Mo Yan yazır ki, tarixi roman yazırdım, məndən əvvəlki nəslin qocaman yazıçıları mənə deyirdilər ki, mütləq əsərimdə əhvalatların baş verdiyi əsrdəki qədim dildən istifadə edim. Mən isə deyirdim ki, axı oxucular roman oxuduqlarının fərqindədirlər, bu cür şeylər nə ehtiyac var? Mən Pamukla da, Yanla da yüzdəyüz razıyam".

Yazıçı-şair Əsəd Qaraqaplan

"Dil təfəkkür məsələsidir. Dili təfəkkür yaradır. Yəni yazar necə təfəkkürə sahibdirsə, elə də yazır, elə də alınır yazdığı, məncə, heç bir dərin təfəkkürlü yazar ədəbi dilin normalarına qatlana bilməz, əksinə, onu dağıdar, öz dilini - öz təfəkkürünü yaradar. Necə ki, bunun nümunələrini dünya və Azərbaycan ədəbiyyatında görmüşük. Dili yenidən "söküb-yaradan" təfəkkürlər... Ona görə də belə demək olar ki, dili yazıçı yaratmır, dil yazıçını yaradır. Bu üzdən ədəbi dil, danışıq dili deyil, müəllifin öz təfəkkür dili əsasdır və başqa cür olsa, o yazar uğurlu yazar olmaz. Çünki nəsr hər şeydən öncə dil-təfəkkür məsələsidir".

Tarix
2016.11.22 / 08:45
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla