Yuxarı

FHN "partlayıcı maddə"ni zərərsizləşdirdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “SeaBreeze Resort” istirahət və yaşayış kompleksində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

Axar.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd istirahət və yaşayış kompleksinin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları istirahət və yaşayış kompleksinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş kompleksdə təxliyə planına uyğun olaraq, zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”.

Həmçinin, ehtimal edilən “partlayıcı maddənin tapılıb zərərsizləşdirilməsi” üçün hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupu cəlb olunub. Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra xüsusi təlim görmüş itlərlə əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Əməliyyat zamanı istirahət mərkəzinin ərazisində şərti sahibsiz şübhəli əşya qismində bağlama aşkar edilib. Müayinə nəticəsində çantanın içində “partlayıcı maddə”nin olması təsdiqlənərək yerində zərərsizləşdirilib.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.

Tarix
2024.05.02 / 18:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ev, yol, torpaq sahəsi Qazaxa keçdi: Kirantsda görüş başladı

Belarusdan nə alırıq və bu ölkəyə nə satırıq?

Qafarova ilə Simonyan görüşdü

Lukaşenko Füzuliyə getdi, Əliyev şəxsən qarşıladı - Video

Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?

Putin Türkiyəni yox, Çini seçdi - Səbəb

İrandakı səfirliyimizin yeri dəyişdirildi

Hikmət Hacıyev ABŞ-da səfərdədir - Foto

Problem var: 4 obyekt Azərbaycana keçir - Qriqoryan

Paşinyan delimitasiya prosesinin təfərrüatını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla