Yuxarı

Mürsəlovdan sərəncam: 27 nəfər vəzifəsini itirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mürsəlovdan sərəncam: 27 nəfər vəzifəsini itirdi

Göyçay Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi ilə bağlı 31 vəzifə ləğv edilib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, icra başçısı Orxan Mürsəlovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.

Məlumata görə, vəzifəsini itirənlərdən 26 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir.

Digər şəxslər isə Göyçay Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.

Məlumata görə, vəzifəsi ləğv edilənlərdən 4 nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilsə də, hazırda 27 şəxs işsizdir.

Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin isə 36 əməkdaşı vəzifələrindən azad ediliblər.

Tarix
2026.03.11 / 11:04
Müəllif
Axar.az
Digər xəbərlər

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla