Yuxarı

“AzerGold”da “Tərəqqi” almış əməkdaşlarla görüş oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“AzerGold”da “Tərəqqi” almış əməkdaşlarla görüş oldu

Prezident İlham Əliyevin 23 fevral 2026-cı il tarixli Sərəncamına əsasən, “AzerGold” QSC-nin “Tərəqqi” medalı ilə təltif olunmuş bir qrup əməkdaşı ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov dövlət təltifinə layiq görülən mütəxəssisləri kollektiv adından təbrik edib.

Zakir İbrahimov bildirib ki, bu mükafat ölkəmizin dağ-mədən sənayesini uğurla təmsil edən “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi çərçivəsində həm fərdi nailiyyətlərə, həm də bütövlükdə kollektivin əməyinə verilən yüksək dəyərin göstəricisidir. Sədr göstərilən diqqətə görə kollektiv adından dövlət başçısına təşəkkürünü ifadə edib.

Qeyd olunub ki, bu etimad əməkdaşların fəaliyyətlərini daha böyük əzmlə davam etdirmələri üçün mühüm stimul yaradır.

Dövlət təltifinə layiq görülən əməkdaşlar onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər. Onlar göstərilən etimadı doğruldacaqlarını və fəaliyyətlərini daha böyük məsuliyyətlə davam etdirəcəklərini vurğulayıblar.

Sonda əməkdaşlara “Tərəqqi” medalları və vəsiqələr təqdim olunub.

Tarix
2026.03.11 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla