Yuxarı

Onlayn kazino təşkil edən gənc qadın saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlayn kazino təşkil edən gənc qadın saxlanıldı - Video

Naxçıvanda qanunsuz onlayn kazino təşkil edən şəxs saxlanılıb.

Axar.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial şəbəkələr üzərindən qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə şübhəli bilinən 26 yaşlı Nərmin İsmayılzadə saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, o, xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar və idman mərc oyunlarının keçirildiyi “Chcplay1”, “Fastloto365” və “Fastlotoclub” adlı internet saytlarının təşkilatçıları ilə əlaqə yaradaraq həmin platformalarda iştirak hüququ verən onlayn link və kodlar əldə edib, bu məqsədlə virtual kassa sistemi qurub.

N.İsmayılzadə sosial şəbəkələrdə yaratdığı “Perfectkazino” adlı səhifə vasitəsilə müxtəlif şəxsləri onlayn ödənişlər müqabilində qanunsuz kazino və mərc oyunlarına cəlb edib.

Onun üzərindən və istifadə etdiyi texniki vasitələrdən elektron sübutlar, həmçinin qanunsuz fəaliyyət zamanı istifadə etdiyi bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı həmin pul köçürmələrinin bir hissəsinin ailə üzvlərinin adına olan bank kartları vasitəsilə həyata keçirildiyi də müəyyən edilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

Tarix
2026.03.11 / 11:37
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

“Son zəng” qadağaları: Uşaqlardan bu fərəhi niyə alırsınız?

Andrey Babiş Azərbaycana gəldi

Neft məhsullarının Ermənistana ixracı... - Prezident

İlham Əliyev beynəlxalq mükafata layiq görüldü

Azərbaycan bu ölkəni təbrik etdi

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

İlham Əliyev ABŞ-dakı atışma ilə bağlı paylaşım etdi

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Bakı ilə Belqrad arasında Astanada mühüm müzakirə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla