Yuxarı

Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskinin Qəbələ səfərinə Rusiyadan ikili yanaşma

Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfərinə dair Rusiya mediasında çoxsaylı yazılar, xəbərlər dərc edilib. Rusiya Ukraynaya qarşı işğalçı müharibə apardığına görə, Vladimir Zelenskinin xarici ölkələrə səfərlərini az qala lupa ilə izləyir, onun müxtəlif ölkələrlə əldə etdiyi razılaşmaların analizini aparırlar.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiya mediasının Zelenskinin Azərbaycana səfərinə iki cür yanaşmasını müşahidə edib:

“Rusiya mediasının bir hissəsi sadəcə Zelenskinin səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə əldə edilən razılaşmalar barədə xəbərlər yayımlayıb. Rusiya mediasının digər hissəsi isə Ukrayna-Azərbaycan əməkdaşlığının guya Rusiya əleyhinə yönəldiyini iddia edib.

Vladimir Zelenskinin İlham Əliyevlə birgə mətbuat konfransında “Ukrayna və Rusiya nümayəndələri arasında növbəti görüşün Azərbaycanda keçirilməsini təklif edirəm” bəyanatına da şimal qonşumuzdan ikili reaksiya var. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin birinci müavini Vladimir Cabarov danışıqların Azərbaycanda keçirilməsini mümkün hesab edib. Onun həmkarı, Dövlət Dumasının MDB ölkələri ilə iş komitəsi sədrinin birinci müavini Konstantin Zatulin isə görüşün Azərbaycanda keçirilməsinin əleyhinə olduğunu bildirib. Erməni radikallarla işbirliyi içərisində olan Zatulindən başqa reaksiya gözləmək təəccüblü olardı. Həmin komitənin digər sədr müavini Viktor Vololatskiy də Zatulinlə eyni mövqedən çıxış edib.

Bunlara elə gəlir ki, Rusiya və Ukrayna təmsilçilərinin Bakıda görüşünün təşkili xarici siyasətimizin əsas hədəflərindəndir. Bu, Zelenskinin təklifidir. Ukrayna prezidenti Azərbaycanın balanslaşdırılmış xarici siyasətinə istinad edərək görüş yeri kimi ölkəmizi təklif edib. Bizim belə bir təcrübəmiz var. Vaxtilə Türkiyə və İsrail arasında danışıqlar Bakıda aparılıb, elə Rusiya Baş Qərargahının rəisi də vaxtilə NATO komandanlığı ilə bir neçə dəfə paytaxtımızda görüşüb.

Aydındır ki, Moskva Ukrayna təmsilçiləri ilə görüşün Azərbaycan ərazisində keçirilməsinə tərəfdar olmayacaqsa, mümkün görüş başqa ölkədə keçiriləcək. Bu, bizim üçün problem olmayacaq, təki müharibəyə son qoyulsun. O ki qaldı Rusiyanın bəzi dairələrində səslənən “Azərbaycan niyə Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlığı genişləndirmək istəyir” sualının səslənməsinə, bu, bizim daxili işimizdir. Azərbaycanın müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib, müdafiə gücümüzün artırılmasına yönəlib. Rusiyanın siyasi dairələrində hələ də bunu anlamaq istəməyənlər varsa, bu, onların öz işidir. Biz isə dost və tərəfdaş dövlətlərlə müdafiə və hərbi gücümüzü artıracaq layihələrdə iştirakımızı davam etdirməliyik”.

Tarix
2026.04.26 / 21:49
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ və İran nələri razılaşdırıb? - Detallar

İlandağda Urartu yazısı “qalmaqalı”: İkinci imiş?!

Karapetyanın adamı elan etdi: Sülhə imkan verməyəcəklər!

Azərbaycan heç vaxt indiki qədər azərbaycanlıların olmayıb

İlham Əliyev Filippin prezidentinə məktub ünvanladı

İlham Əliyev Putini təbrik etdi

Milli Məclisin növbəti iclası başladı

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

Azərbaycan XİN Filippini təbrik etdi

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla