Yuxarı

İran savaşı: ABŞ-ın müdafiə sistemi yarıldı!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran savaşı: ABŞ-ın müdafiə sistemi yarıldı!

Uzun illərdən bəri ilk dəfədir ki, İranın F-5 qırıcısı Küveytdəki "Camp Buehring" bazasına hava zərbəsi endirməklə ABŞ-ın hava hücumundan müdafiə sistemini yarıb.

Axar.az xəbər verir ki, bu barədə "Militarnı" məlumat yayıb.

Məlumata görə, obyekt hava hücumundan müdafiə sistemləri ilə qorunurdu, lakin iranlı pilot hava hücumundan müdafiə sistemini yara bilib:

"İranın zərbələri nəticəsində Fars körfəzi regionunda Amerikanın digər hərbi bazalarına və hərbi texnikasına böyük ziyan dəyib. Bununla belə, zərər Pentaqonun açıqladığından qat-qat ciddidir.

Bərpa milyardlarla dollara başa gələcək.

İran Fars körfəzinin 7 ölkəsindəki 11 bazada 100-dən çox hədəfi vurub. Hücumlar Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İordaniya, Küveyt, İraq və Səudiyyə Ərəbistanındakı Amerika və ev sahibi ölkənin bazalarını hədəf alıb.

Zərbələr anbarlara, komanda qərargahlarına, təyyarə anqarlarına, peyk rabitəsi infrastrukturuna, uçuş-enmə zolaqlarına, yüksək texnologiyalı radar sistemlərinə və onlarla təyyarəyə ziyan vurub. Analitiklərin hesablamalarına görə, təkcə infrastrukturun təmiri 5 milyard dollara başa gələcək".

Qeyd edək ki, bundan öncə "NBC Nyus" mənbələrinə istinadla ABŞ bazalarına etiraf edildiyindən daha böyük ziyan vurulduğunu yazmışdı.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Sözügedən hücum martın 31-də baş verib.

Tarix
2026.04.27 / 01:13
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Hikmət Hacıyev Şuşanın balaca sakinləri ilə görüşdü

Azərbaycana buna görə minnətdarıq - ABŞ

Britaniya Rusiyanın itkilərini açıqladı - Dəhşətli rəqəmlər

Ermənistanın Kərki kəndi olacaq, amma... - Paşinyan

Azərbaycanla Türkiyə arasında sənəd imzalandı

Şahbaz Şərif Azərbaycana gəlir

Hikmət Hacıyev Əliyev-Paşinyan görüşündən danışdı

Rusiya qələbə elan edə bilməyəcək - Səbəb budur!

Coşqun Məmmədovun nişanlısı danışdı - Faciə necə baş verib?

İsraildən Türkiyəyə jest: “əl uzatdı” – Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla