Yuxarı

“Qarabağ”la aramızda səviyyə fərqi var - Vernidub

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ”la aramızda səviyyə fərqi var - Vernidub

“Qarabağ”la aramızda səviyyə fərqi var. Biz də o mərhələyə çatmaq istəyirik. Bu, asan məsələ deyil. Çalışmalı, hər gün məşq etməliyik. Boşluqlar olarsa, o gücə çatmaq mümkün deyil. Futbolçular bunu nə qədər tez dərk etsə, nəticələr də bir o qədər yaxşı olar. Belə rəqibə qarşı oynayanda tək motivasiya və keyfiyyət kifayət etmir, meydanda maksimum güc sərf etmək lazımdır.

Axar.az xəbər verir ki, bu sözləri “Neftçi”nin məşqçisi Vitali Vernidub Azərbaycan Premyer Liqasının XXIX turunda “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları oyunun mətbuat konfransında deyib.

Məşqçi rəqibin yarımmüdafiə xəttinə qarşı hazırlaşdıqlarını vurğulayıb: “Əlbəttə, oyuna hazırlaşmışdıq. Rəqibi təhlil etmişdik. Kadi Borges və Yankoviç kimi futbolçular Çempionlar Liqasında səviyyələrini göstəriblər. Bizim oyunçular da özlərinə sual verməlidir: onlar da belə oynaya bilərdilərmi? Biz məşqçilər də düşünməliyik ki, bu cür oyunlarda taktiki baxımdan nələri yaxşılaşdıra bilərik. Hər kəs bunu qəbul etməli və başa düşməlidir. Hər futbolçu öz ambisiyasını klubdan üstün tutmamalıdır. “Neftçi” futbolçulardan böyükdür”.

V.Vernidub “Qarabağ”ın hücumçusu Musa Qurbanlının oyununa da toxunub: “Rəqibi təhlil etmişdik. Sadəcə Musa bəzi epizodlarda müdafiəni yara bildi. İlk növbədə öz oyunumuzu təhlil etməli və nəticə çıxarmalıyıq. Bu hesabla bağlı azarkeşlərdən üzr istəyirəm”.

Mütəxəssis növbəti oyunla bağlı ümidli olduğunu bildirib: “Hazırlaşacağıq və ümid edirəm ki, istədiyimiz nəticəni qazanacağıq”.

O, məğlubiyyətin psixoloji təsirlərinin ola biləcəyini də qeyd edib: “Belə təsirlər qaçılmazdır. Lakin peşəkar futbolçular bu cür vəziyyətlərdən çıxmağı bacarmalıdır”.

Məşqçi komandada intizamsızlıqla bağlı fikirləri də təkzib edib: “Belə bir şey yoxdur. “Neftçi” böyük klubdur. Futbolçuların fərqli ambisiyaları ola bilər, amma hamı klubun hədəfləri üçün çalışmalıdır. Hər kəs anlamalıdır ki, “Neftçi”də oynamaq böyük üstünlükdür”.

Qeyd edək ki, xallarını 59-a çatdıran “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Neftçi” isə 44 xalla beşincidir.

Tarix
2026.04.26 / 22:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla