Yuxarı

Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur

Siyasi təlxək, Nyu Yorkun müvəqqəti merinin (Zöhran Məmdani - red.) Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlaması Ermənistanın uzunmüddətli strategiyasının göstəricisidir.

Axar.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd edib.

“Erməni millətçiləri hazırkı mərhələdə Azərbaycanın Ermənistan SSR sərhədləri daxilində Ermənistanın ərazi bütövlüyünü qanuni olaraq tanıdığı bir vəziyyətə nail olmağı əsas məqsəd hesab edirlər. Çünki həm ənənəvi sərhəddə, həm də regionda güc balansının torpaqlarımızın fiziki ilhaqına imkan vermədiyini anlayırlar və ərazi iddialarını “pozulmuş insan hüquqları” adlandırmaqla “dondurmaq" istəyirlər.

Bundan əlavə, anlamalıyıq ki, Paşinyan administrasiyasının bu hərəkətlərdən nümayişkaranə şəkildə uzaq durması müvəqqətidir və bu hal Sülh sazişi və ya Sərhəd delimitasiyası və demarkasiyası haqqında saziş imzalanana qədər davam edəcək.

Qondarma “1915-ci il soyqırımı” və qondarılan “Qarabağ ermənilərinin soyqırımı” mövzusu hakimiyyətin həm Ermənistan daxilində, həm də xaricində müxalifətin fəaliyyətinə gizli dəstəyi sayəsində qorunub saxlanılacaq.

Nəticə etibarilə, Qərbi Azərbaycan və Zəngəzur probleminin ədalətli həlli uğrunda mübarizəni dəstəkləməyə yönəlmiş siyasət davam edəcək.

Yaxşı haldır ki, Məmdani erməni millətçilərin əsl strategiyası üçün bir növ lakmus testinə çevrilib”, - politoloq vurğulayıb.

Xatırladaq ki, Z.Məmdani qondarma “erməni soyqırımı”nın işdönümündə Türkiyənin “1915-ci il soyqırımı”nı Azərbaycanın Qarabağda davam etdirdiyi haqda tarixi faktları təhqif edən bir açıqlama ilə çıxış edib.

Tarix
2026.04.26 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla