Yuxarı

Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Estoniyaya aid patrul gəmisi Rusiya sərhədini pozdu

Estoniya Polis və Sərhəd Mühafizəsi Departamentinin patrul gəmisi texniki problemlər səbəbindən istəmədən Narva çayının Rusiyaya məxsus hissəsinə keçib, lakin heyət gəmini Estoniya akvatoriyasına qaytarmağı bacarıb.

Axar.az xəbər verir ki, bu barədə ERR milli teleradio yayım şirkətinin portalı məlumat yayıb.

Məlumata görə, Narva çayında, Narva-Yıesu ərazisində növbə çəkən patrul katerində texniki nasazlıq yaranıb. Bunun nəticəsində göyərtəsində üç nəfər olan gəmi Rusiya ərazi sularına sürüklənib.

"Sərt külək səbəbindən hətta atılmış lövbərin köməyi ilə belə kateri yerində saxlamaq mümkün olmayıb", - deyə yerli hakimiyyət nümayəndəsi izah edib və hadisə barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sərhəd Xidmətinə məlumat verildiyini vurğulayıb.

Təxminən 15 dəqiqə sonra heyət gəmini yenidən akvatoriyanın Estoniya hissəsinə istiqamətləndirə bilib.

Tarix
2026.04.27 / 01:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla