Yuxarı

Qurbanov 5-1 hesablı qələbəni şərh etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov 5-1 hesablı qələbəni şərh etdi

“Neftçi” ilə matçlar hər zaman maraqlı keçir.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXIX turunda “Neftçi”yə 5:1 hesabı ilə qalib gəldikləri oyunun mətbuat konfransında deyib.

O bildirib ki, start heyətini müəyyənləşdirərkən futbolçuların hazırlıq səviyyəsi əsas götürülüb: “Sıx qrafikə görə heyətdə rotasiyalar etməli olduq. Oyunçularda yorğunluq var idi. Üç gün sonra yenidən matçımız olacaq, buna görə ehtiyatlı davrandıq”.

Mütəxəssis komandanın oyuna hazırlıq prosesinə də toxunub: “Hazırlığa çox vaxtımız olmadı, cəmi bir məşq keçdik. “Neftçi”yə qarşı oynayanda əlavə motivasiyaya ehtiyac olmur. Bu rəqiblə oyunlar həmişə maraqlı və baxımlı keçir”.

Qurban Qurbanov növbəti qarşılaşmanın daha çətin ola biləcəyini vurğulayıb: “Bu qələbə futbolçularda müəyyən rahatlıq yarada bilər. Növbəti oyuna hazırlaşmaq daha çətin olacaq”.

Qeyd edək ki, xallarını 59-a çatdıran “Qarabağ” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Neftçi” isə 44 xalla beşincidir.

Tarix
2026.04.26 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov bacısının vəfatına görə Arakçıya başsağlığı verdi

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla