Yuxarı

Zelenskidən Qrossiyə: Rusiyanın Çernobıla hücumu...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskidən Qrossiyə: Rusiyanın Çernobıla hücumu...

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş keçirib.

Axar.az xəbər verir ki, bu barədə Qrossi X sosial şəbəkə hesabında yazıb.

Qrossi bildirib ki, Çernobıl faciəsinin 40-cı ildönümündə Prezident Zelenski ilə bir araya gəlmək onun üçün böyük şərəfdir. Onun sözlərinə görə, görüş zamanı tərəflər Zaporojye AES-dəki vəziyyəti, həmçinin Ukraynanın enerji infrastrukturunun bərpası, o cümlədən Xmelnitski AES-də yeni enerji bloklarının tikintisi və Çernobıldakı yeni təhlükəsizlik örtüyünün təmiri ilə bağlı görülən işləri müzakirə ediblər.

MAQATE rəhbəri vurğulayıb ki, agentlik bundan sonra da Ukraynada nüvə təhlükəsizliyinin təmin olunmasına dəstəyini davam etdirəcək.

Prezident Zelenski isə qeyd edib ki, Qrossi ilə əsas müzakirə mövzularından biri Enerqodardakı AES-in azad olunması olub.

Ukrayna lideri xatırladıb ki, Rusiya həm Çernobıl AES-ə pilotsuz uçuş aparatları ilə hücum edib, həm də Zaporojye AES-in enerji blokları, inzibati binaları və digər obyektlərini müxtəlif növ ağır silahlarla atəşə tutub. Hazırda stansiyanın altı enerji blokunun heç biri fəaliyyət göstərmir.

Zelenskinin sözlərinə görə, Rusiyanın bu addımları qlobal nüvə təhlükəsizliyi üçün ciddi təhdid yaradır və bunu unutmamaq vacibdir.

Tarix
2026.04.26 / 21:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla