Yuxarı

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

Yapon filminin çəkilişlərindən sonra Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq. Biz görürük ki, onlar Azərbaycanı olduqca maraqlı istiqamət kimi kəşf edirlər. Vizasız gediş-gəliş rejimi üçün birillik sistem tətbiq etmişik və əlbəttə ki, bunun uzadılmasını səbirsizliklə gözləyirik.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya zamanı deyib.

“Vizasız sistem bir növ ikitərəfli yoldur, çünki bir çox azərbaycanlılar da Yaponiyaya səfər etməyi arzulayırlar. Hesab edirəm ki, hər iki ölkənin müvafiq qurumları və xarici işlər nazirlikləri ölkələrimiz arasında turistlərin səfərini və mədəni əlaqələri asanlaşdıra biləcək tamamilə vizasız rejim yaratmaq üçün birlikdə işləyə bilərlər", - deyə Hikmət Hacıyev diqqətə çatdırıb.

Tarix
2026.10.26 / 17:43
Müəllif
Axar.az
Digər xəbərlər

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla