Yuxarı

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Vladimir Zelenski Ukrayna prezidenti seçiləndən bəri Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfərlər edib. Bu, onun Azərbaycanla strateji tərəfdaşlığa verdiyi əhəmiyyətindən irəli gəlir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukrayna lideri Vladimir Zelenskinin ötən gün Qəbələyə səfəri haqda qeyd edib.

“Vladimir Zelenskinin Qəbələdə səsləndirdiyi “Rusiya ilə növbəti danışıqları Azərbaycanda aparmağa hazırıq” təklifi bu siyasətin tərkib hissəsidir. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı ilə əməkdaşlığı dərinləşdirmək siyasətinə sadiqdir. Bunu prezidentlərin 4 il ərzində 7 dəfə görüşü sübut edir.

Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımını, enerji əməkdaşlığını, o cümlədən müharibədə valideynlərini itirən ukraynalı uşaqların Azərbaycanda reabilitasiya olunmasını yüksək qiymətləndirir. Ukrayna lideri buna görə azərbaycanlı həmkarına hər dəfə minnətdarlığını bildirir. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi də hər zaman diqqət mərkəzindədir”, - o bildirib.

Qeyd edək ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Zelenskinin təklifini müsbət qiymətləndirib və Azərbaycanın danışıqlar üçün optimal yer olduğunu vurğulayıb.

Tarix
2026.04.26 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla