Yuxarı

Bu jurnalın yubileyinə nazir və deputatlar gəldi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu jurnalın yubileyinə nazir və deputatlar gəldi

İyulun 12-də “Azərbaycan məktəbi” jurnalının 95 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Kult.az xəbər verir ki, yubiley tədbirində Təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, AMEA-nın üzvləri, ali təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri, müəllim-professor heyəti, media nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdən əvvəl iştirakçılar jurnalın 95 illik fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Azərbaycan məktəbi” jurnalı 95 illik fəaliyyəti dövründə ilk elmi-pedaqoji jurnal kimi ölkəmizdə xalq maarifinin inkişafında, pedaqoji və psixoloji elmlərin təşəkkülü və formalaşmasında müstəsna rol oynayıb. Nazir ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə “Azərbaycan məktəbi” jurnalının inkişaf dövrünü xüsusi vurğulayıb.

Ceyhun Bayramov qeyd edib ki, “Azərbaycan məktəbi” jurnalı Azərbaycan müəllimlərinin peşəkar inkişafına, bilik və bacarıqlarının artırılmasına, yeni təlim texnologiyalarının təbliğinə böyük töhfələr verib. Nazir bu jurnalın əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların xatirəsini minnətdarlıqla yad edib. Nazir həmçinin, “Azərbaycan məktəbi”nin elmi jurnalların beynəlxalq standartlara uyğunlaşdırılması baxımından əsaslı şəkildə yeniləndiyini diqqətə çatdırıb. Jurnalın elektron arxivinin yaradılmasının xüsusi əhəmiyyətini qeyd edən Təhsil naziri bu mətbu orqanın kollektivini yubiley münasibətilə ürəkdən təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəf jurnalın tarixi, qısa müddətdə görülən işlər barədə məlumat verib.

Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, uzun illər jurnalın baş redaktoru işləmiş, qabaqcıl təhsil işçisi Nəcəf Nəcəfov çıxış edərək “Azərbaycan məktəbi” jurnalının ölkəmizin təhsilində oynadığı mühüm roldan danışıb, kollektivə uğurlar arzulayıblar.

Tədbirdə “Azərbaycan məktəbi jurnalı – 95” adlı sənədli film nümayiş olunub.

Sonda jurnalın əməkdaşlarına səmərəli fəaliyyətlərinə görə Təhsil Nazirliyinin Fəxri fərmanı təqdim olunub.

Tarix
2019.07.12 / 11:06
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla