Yuxarı

Mərhum şairimizin “Son vəsiyyət”i üzə çıxdı - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərhum şairimizin “Son vəsiyyət”i üzə çıxdı - Foto

Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda mərhum rəssam, şair, tərcüməçi və esseist Adil Mirseyidin “Son vəsiyyət” şeirlər kitabının təqdimat mərasimi keçirilib.

Kult.az xəbər verir ki, tədbirdə Kənan Hacı, Zahid Sarıtorpaq, Rafael Tağızadə, Nazir Rüstəmov, Kamran Yunis, Varis Yolçuyev, Mübariz Mənsimoğlu, Ədalət Həsən, Nəvai Mətin, Xanım İsmayılqızı və başqa ədəbiyyat nümayəndələri, eləcə də şairin qızı Ayan Mirseyid iştirak edib.

Tədbirdə çıxış edən Kənan Hacı A.Mirseyidin özünəməxsus üslubu olduğunu söyləyib:

“A.Mirseyid Azərbaycan dilinin ifadə imkanlarından geniş istifadə edən, novator bir şair idi. O, Əli Kərimdən gələn modern poeziyanı inkişaf etdirən biri idi”.

Vaqif Yusifli də A.Mirseyidi öz üslubunu yardan şair adlandırıb:

“A.Mirseyidin şeirlərində dünya və Azərbaycan rəssamlarının demək olar ki, hamısının adı çəkilirdi. O, Mir Cavad, Səttar Bəhlulzadə, eləcə də dünyaca məşhur rəssamlar haqqında məqalələr, esselər yazırdı. A.Mirseyid şairliyində rəssam, rəssamlığında şair idi. Poeziyanın tarixini yazan mütəxəssislər təəssüf ki, A.Mirseyidi unudublar”.

Daha sonra V.Yolçuyev, X. İsmayılqızı, Nazir Rüstəmov da çıxış edərək, şairin şeirlərindən səsləndiriblər.

Sonda şairin qızı Ayan Mirseyid də çıxış edərək, kitabın ərsəyə gəlməsindən danışıb:

“Bu kitab şairin vəfatından sonra çıxan ilk kitabdır. O, fərqli adları sevirdi. Misrasına əsasən adı belə seçdik. Bu şeirləri kompüterə köçürdüyüm müddətdə vəziyyəti ağırlaşdı. Sonra isə onu itirdik. Kitabın işıq üzü görməsində dəstəyi görə omillət vəkili Aydın Hüseynova təşəkkürümü bildirirəm”.

Tarix
2019.11.29 / 21:42
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla