Yuxarı

Aktyordan kitab oxutmağın ilginc yolu – Nazirə təklif

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktyordan kitab oxutmağın ilginc yolu – Nazirə təklif

Dünya praktikasında buktreylerlər artıq öz yerini tapmış incəsənət növünə çevrilir. Ölkəmizdə də bu festivalın keçirilməsini 2014-cü ildən düşünməyə başladım. Sadəcə, qismət bu ilə imiş.

Bu sözləri Axar.az-a kinoaktyor Ruslan Sabirli Azərbaycanda İlk Buktreyler Festivalının keçirilməsi təşəbbüsündən danışarkən deyib.

O, festivalın məqsədinin Azərbaycanda kitaba və mütaliəyə marağın oyadılması, kino sahəsində yeni istedadların üzə çıxarılması və həmçinin kitab biznesinə dəstək olduğunu bildirib:

"Öz təklifimlə cənab nazir Əbulfəs Qarayevə müraciət etdim. O da öz növbəsində ideyanı çox bəyəndi. Beləliklə, nazirin cəmiyyətimiz üçün faydalı işlərə həssas yanaşmasının şahidi oldum. Bu məni çox sevindirdi. Cənab nazirdən bu reaksiyanı gördüyüm üçün çox şadam. Nazir müşavirədə qaliblərə pul mükafatlarının verilməsi ideyasını irəli sürdü, bu isə mənimçün gözlənilməz idi".

Münsiflər heyəti neçə nəfərlik olacaq və onlar kimlərdir?

5 nəfərlik münsiflər heyəti nəzərdə tutulub. Obyektivliyin qorunması üçün onların adlarını hələ ki açıqlamırıq.

"Festival hər il keçiriləcəkmi" sualına isə ideya rəhbəri belə cavab verib:

"Bəli, festivalın hər il keçiriləcəyi nəzərdə tutulur. Bu arada onu da deyim ki, mənim üçün gözlənilməz olanlardan biri də festivalda İtaliya və Belarusiyadan buktreylerlərin göndərilməsi olub.

Buktreylerlərə qoyulan tələblər və iştirak şərtlərinə gəlincə, bütün bunlar barədə www.booktrailer.az saytından ətraflı məlumat ala bilərlər. Bacarığı olan hər kəsi bu festivalda iştirak etməyə çağırıram".

Qeyd edək ki, Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya kitabın məzmunundan bəhs edən qısametrajlı filmdir.

Festivalın şərtlərinə görə, birinci yerin qalibini 1000, ikinci yer (2 ədəd) - 800, üçüncü yerin (üç ədəd) qaliblərini isə 500 manat mükafat gözləyir.

Tarix
2016.03.09 / 18:25
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla