Yuxarı

“Putin Krım uğrunda hərbi savaşa başlayacaq” - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Putin Krım uğrunda hərbi savaşa başlayacaq” - Video

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili növbəti sensasiyon açıqlama verib.

"Axar.az"ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, bu dəfə o, Rusiya Prezidenti Vladimir Putinin Krım planlarından danışıb. Saakaşvili bildirib ki, Ukraynada hakimiyyətə gələn yeni qüvvələr tezliklə hökuməti formalaşdırmalıdır. Əks halda müəyyən problemlər yaşana bilər. Əsas problemlərdən biri də Krım və ölkənin rusdilli şərq vilayətləri ilə bağlıdır. Saakaşvilinin qənaətinə görə, Ukraynada məğlub olan Putin mütləq Krım uğrunda ciddi, hərbi savaşa başlayacaq. Məqsədi Cənubi Osetiyadan başlayaraq, Abxasiya, Krım, sonra isə Odessa və Nikolayevdən keçməklə Dnestryanı əraziyə qədər şərti siyasi xətti çəkməkdir. Onun fikrincə, bu istəyin qarşısı tezliklə alınmalıdır.

Saakaşvili onu da bildirib ki, Rusiya təbliğat maşınının yanlış informasiyasına baxmayaraq, şərq vilayətində yaşayan vətəndaşlar Ukraynanın tərkibində qalmağın tərəfdarlarıdır.

Tarix
2014.02.25 / 17:26
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

Kolumbiyaya getmək istəyən azərbaycanlılara xoş xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla