Yuxarı

Azərbaycan-Gürcüstan sərhədində problem?.. - Tiflisdən açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan-Gürcüstan sərhədində problem?.. - Tiflisdən açıqlama

Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti sərhəddə gömrük nəzarətinin pozulması ilə bağlı bu gün mətbuatda yayılan məlumatı təkzib edən bəyanat verib.

Axar.az xəbər verir ki, bəyanatda rəsmi olaraq ölkənin gömrük ərazisində malların daşınması, eləcə də fiziki şəxslər tərəfindən bütün buraxılış məntəqələri vasitəsilə sərhəddən keçirilməsinin təxirəsalınmadan həyata keçirildiyi vurğulanıb.

“Bütün ölkə ərazisində gecə-gündüz iş rejimini təmin etmək məqsədilə gömrük əməkdaşlarının növbəsi artırılıb. Sabit beynəlxalq yük dövriyyəsini təmin etmək məqsədilə Türkiyə, Azərbaycan və Ermənistan gömrük orqanları ilə fəal koordinasiya aparılır.

Bütün nəzarət-buraxılış məntəqələrində müasir rentgen skanerləri quraşdırılıb ki, bu da yoxlama prosedurlarının daha sürətli aparılmasına və təhlükəsizliyin artırılmasına imkan verir.

Gəlir Xidməti ictimaiyyəti sərhəddə yüklərə nəzarət prosedurları ilə bağlı yalan və potensial zərərli məlumat yaymaqdan çəkinməyə çağırır”, - bəyanatda qeyd edilib.

Tarix
2025.07.29 / 23:01
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla