Yuxarı

Vurulan qaz kəməri bərpa edildi, Azərbaycan qazının tədarükü...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vurulan qaz kəməri bərpa edildi, Azərbaycan qazının tədarükü...

Çərşənbə günü Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalmış Ukraynanın cənubundakı "Orlovka" qaz kəməri ilə təchizat bərpa edilib.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın qaz nəqli şirkəti məlumat yayıb.

"Tədarük əvvəlki qaydada həyata keçirilir. Cümə axşamı Rumıniya ilə sərhəd yaxınlığında yerləşən "Orlovka" vasitəsilə 0,42 milyon kubmetr qazın nəql edilməsi planlaşdırılır", - operatorun nümayəndəsi bildirib.

Xatırladaq ki, Rusiya Ukraynanın cənubunda Odessa vilayətində ABŞ və Azərbaycandan LNG idxalı üçün istifadə olunan qaz kompressor stansiyasına zərbə endirib. "Orlovka" Yunanıstan LNG terminallarını Transbalkan qaz kəməri vasitəsilə Ukrayna qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsidir. Kiyev bu marşrutu son dərəcə vacib adlandırıb, çünki o, Yunanıstan və Türkiyə terminallarından LNG-yə, Azərbaycan və Rumıniya boru kəməri qazına və potensial olaraq Bolqarıstan dəniz qazına çıxış təmin edir.

Keçən ay Ukrayna ilk dəfə olaraq Transbalkan marşrutu ilə Azərbaycan qazının test tədarükünü həyata keçirib və Azərbaycan enerji şirkəti SOCAR-dan qaz idxalını əhəmiyyətli dərəcədə artırmaq planlarını elan edib.

Tarix
2025.08.07 / 18:14
Müəllif
Axar.az
Digər xəbərlər

Onlar bu qərarların icrası üçün bir addım belə atmayıblar

Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...

Sülhün təşəbbüskarı bizik, ancaq işğalı necə unuda bilərik?!

Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...

Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident

Orban İlham Əliyevi təbrik etdi

Bu, Heydər Əliyevin bizə mirasıdır - Ərdoğan

Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...

Liderlər İlham Əliyevi təbrik edir

Ərdoğan İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla