Yuxarı

Kreml və Tehran şokdan “ayıldı”: Zəngəzura qarşı “zəhər” yağışı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml və Tehran şokdan “ayıldı”: Zəngəzura qarşı “zəhər” yağışı...

İran və Rusiya şokdan “ayıldılar”, ABŞ-da imzalanan sənədin üzərinə “zəhər tökməyə” başladılar. İşin maraqlı, qəribə, absurd tərəfi odur ki, Tehran və Moskva rəsmi İrəvanın ÖZ ərazisi haqqında verdiyi ÖZ qərarının Ermənistana ziyan olduğunu “sübut” etməyə çalışırlar. Yəni İran və Rusiya “Papadan daha çox katolik” olmağa çalışırlar.

Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Qərbi Zəngəzur Ermənistan ərazisidir, yol Ermənistan ərazisindən keçir, mülkiyyətçi Ermənistandır, o yol üzərindən Ermənistanın suveren hüquqları tam təmin edilir – sadəcə, investisiyanı ABŞ qoyur, operatorluğu ABŞ şirkəti təmin edir, deməli, təhlükəsizliklə bağlı məsuliyyəti də Ermənistan dövləti ilə yanaşı, ABŞ da öz üzərinə götürür:

“Bax, “xoruzun quyruğu” da məhz bu hissədədir – Zəngəzur yolu Rusiyanın nəzarətində açılsaydı, Kreml Cənubi Qafqazda son 5 ildə Azərbaycan və Türkiyə tandeminin qurduğu mürəkkəb və uğurlu siyasət nəticəsində itirdiyi mövqeləri, az da olsa, bəpra etməyi düşünürdü. Zəngəzurun “açarı” Kremildə olanda, yolun əhəmiyyəti də azalacaqdı – istədiyi zaman Azərbaycan pomidorunda “qurd”, Ermənistan konyakında “zəhər” tapan Rusiya yolu da kefi istəyəndə bağlayacaqdı. Bundan İran da məmnun olacaqdı ki, Rusiya ilə birgə yolda "şveysar-qapıçı" olacaqdı.

Hər iki ölkə yolun TƏK Ermənistanın məsuliyyətində olmasına da razı ola bilərdilər, bu zaman İrəvan üzərində ciddi basqı, yeni müharibələr üçün böyük rıçaq əldə edəcəkdilər. Məsuliyyət tək Ermənistanda olsa, Zəngəzurdan keçən yük və sərnişinlərə qarşı hər zaman təxribat edə bilən, buna qadir olan Rusiya və İran hər təxribatda Azərbaycanla Ermənistanı yenə üz-üzə qoyaraq yeni müharibələr üçün zəmin hazırlayacaqdılar, bununla da Bakı və İrəvana itirdikləri “dəyənək” təzyiq alətini yenidən əldə edəcəkdilər.

Moskva və Tehranı qıcıqlandıran, narazı salan, ABŞ-da imzalanan sənədin mürəkkəbi qurumamış zəhər saçan ritorikalarının əsas səbəbi budur ki, əgər ABŞ Zəngəzur yolunun operatoru və təhklükəsizlik provayderi olsa, o zaman 42 km yol boyu təxribatlar edərək İrəvan və Bakını daim gərginlikdə saxlamaq aləti əllərindən çıxmış olacaq. Vilayətinin “ora gələn ABŞ müzdluları üçün yol qəbiristanlıq olacaq” bəyanatı da məhz bu məsələdən xəbər verir.

Azərbaycan bu məsələdən diplomatiyada “master-klass” göstərərək yaxşı məsafədə qaldı – biz ölkə olaraq yolun normal işləməsində maraqlıyıq, Ermənistanın ÖZ ərazisindən keçəcək yola nəzarətlə, investisiya ilə bağlı problemlər artıq ABŞ və Ermənistanın problemləridir. Rusiya və İranla özləri həll edər, biz isə ancaq sülh yolunun açılması ilə bağlı öz üzərimizə düşən işi yerinə yetirək, ÖZ ərazimizdə olan infrastruktur layihələrini tamamlayaq, Zəngəzur dəhlizinin başlanğıcında masa qoyub, çayımızı içək və izləyək”.

Tarix
2025.08.11 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla