Yuxarı

Tramp 907-ci maddənin fəaliyyətini dayandırdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin fəaliyyətinin dayandırılması haqqında memorandum imzalayıb.

Axar.az xəbər verir ki, sənəd ABŞ Federal Hökumətinin rəsmi jurnalı olan Federal Reyestrdə dərc olunub və burada federal qurumlar və prezident tərəfindən qəbul edilmiş qaydalar, bildirişlər və digər sənədlər yer alıb.

Amerika Birləşmiş Ştatlarının Konstitusiyası və qanunları, o cümlədən 2002-ci il Xarici Əməliyyatların Maliyyələşdirilməsi, İxrac Maliyyələşdirilməsi və Əlaqəli Proqramlar Aktının II bölməsi (107-115 saylı Qanun) tərəfindən mənə verilən səlahiyyətlər əsasında, bununla Azərbaycana qarşı "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin (102-511 saylı Qanun) dayandırılmasını

- ABŞ-nin beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək üçün zəruri olduğunu;

- Birləşmiş Ştatların Silahlı Qüvvələrinin və ya beynəlxalq terrorizmə qarşı mübarizədə koalisiya tərəfdaşlarının döyüş hazırlığını dəstəkləmək üçün zəruri olduğunu;

- Azərbaycanın sərhəd təhlükəsizliyi üçün vacib olduğunu;

- Ermənistan və Azərbaycan arasında sülh nizamlanması üzrə danışıqlar üçün cari səylərə xələl gətirməyəcəyini və ya mane olmayacağını və Ermənistana qarşı hücum məqsədləri üçün istifadə edilməyəcəyini müəyyən edir və təsdiq edirəm.

Müvafiq olaraq, bu qərarla mən "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişinin müddəalarının tətbiqindən imtinanı uzadıram", - sənədin mətnində deyilir.

Tramp ABŞ-ın dövlət katibi Marko Rubioya bu qərarı Federal Reyestrdə dərc etməyi və bu qərarı və izahedici qeydi Konqresin müvafiq komitələrinə göndərməyi tapşırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri zamanı Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvi ilə bağlı sənədi imzalayıb.

Tarix
2025.08.15 / 14:51
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Lukaşenko ilə görüşdü - Foto

Prezident Cabir İmanovun vida mərasiminə əklil göndərdi - Foto

Azərbaycan bu ölkədə səfirlik açır

Bunu İlham Əliyevə ilk dəfə Tramp dedi

Ukraynada əsir düşən azərbaycanlıdan etiraf - Video

Tramp bu qanı durdurmağa yaxındır - Ərdoğan dəstək verdi

Milli Məclis Anım Günü ilə bağlı bəyanat qəbul etdi

Rəsmi Bakıdan Trampın Qəzza planına - Reaksiya

Milli Məclisin plenar iclası başladı

Müəllimlər üçün komissiyasız kredit

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla