Yuxarı

Nazir Azərbaycan şəhərinə görə meri vurdu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Azərbaycan şəhərinə görə meri vurdu

Rusiya prezidenti Vladimir Putinin Dərbəndin 2000 illiyinin qeyd olunması barədə fərmanı, deyəsən, Dağıstanda birmənalı qarşılanmayıb.

Dərbəndəki mənbənin "Axar.az"a dediyinə görə, dərbəndlilər şəhərin 5000 yaşının qeyd olunmasına hazırlaşdıqları bir vaxt bu fərman təəssüf doğurub. Ən pisi odur ki, Dərbəndin ləzgi millətindən olan meri İmam Yarəliyev də bu qədim türk şəhərinin hətta 2000 illiyini belə keçirmək üçün heç bir iş görmür:

"Şəhər bərbad gündədir. Azərbaycanlılar yaşayan məhəllələr isə ötən il baş vermiş seldən sonra ümumiyyətlə xaraba qalıb. Demək olar ki, heç bir iş görülməyib".

Xəbərdə deyilir ki, Putin 2000 illiyi qeyd etmək üçün şəxsən özü Dərbəndə gələcək. Çünki Rusiya ərazisində Dərbənddən qədim yaşayış məskəni yoxdur. Putin bununla dünyaya rus torpaqlarında hələ 20-25 əsr bundan əvvəl də sivilizasiyanın olduğunu nümayiş etdirmək istəyir. Elə ona görə də bir qədər əvvəl Putin Regionların İnkişafı üzrə nazir İqor Slyunyayevi Dərbəndə ezam edib. Məlum olub ki, Dərbənddə yubiley tədbirlərini keçirmək mümkün olmayacaq. "Amma Slyunayev çox qəzəblənib. Hətta meri elə iclas zalındaca vurub. Slyunayevə məruzə ediblər ki, Dərbəndin torpaq sahələri üzrə kadastr sənədi də hazır deyil. Bu proses ancaq 2017-ci ildə başa çatacaq. Bu barədə nazirə məruzə edəndən sonra o, Yarəliyevi söyüb. Yarəliyev ona cavab qaytarıb. Bu dəfə nazir onu vurub. İclasda olanların məlumatına görə, nazir elə iclas zalındanca Kremllə, Putinin hansısa köməkçisi ilə danışıb. O, xəbərdarlıq edib ki, mart ayının sonunda yenidən Dərbəndə qayıdacaq. Bu dəfə daha böyük heyətlə. Bu müddətəcən Yarəliyev yubileylə bağlı fəaliyyət proqramını hazırlamalıdır. Əks halda, o, təkcə işdən çıxarılmayacaq. Yubileyi keçirmək üçün ilkin olaraq şəhər büdcəsinə köçürülən 1 milyard rublun (təxminən 30 milyon dollar) da hesabını verəcək".

Tarix
2014.02.26 / 12:12
Müəllif
Ceyhun Səmədov
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla