Yuxarı

Putin döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin döyüş hazırlığı ilə bağlı tapşırıq verdi

Rusiya Prezidenti, Ali Baş Komandan Vladimir Putin çərşənbə günü Müdafiə Nazirliyinə Qərbi və Mərkəzi Hərbi dairələrin qoşun və qüvvələrinin, eləcə də bəzi qoşun növlərinin döyüş hazırlığının qəfil kompleks yoxlanışını aparmağı tapşırıb.

Bu barədə RF müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib (Trend).

S.Şoyqu Müdafiə Nazirliyinin iclasında deyib: "Rusiya Federasiyası Prezidentinin sərəncamına uyğun olaraq, bu gün saat 14:00-da Qərbi Hərbi Dairənin qoşunları, eləcə də onun tərkibindəki birləşmə və hərbi hissələr, Mərkəzi Hərbi Dairənin ikinci ordusu, Hava-Kosmik Müdafiə komandanlığı, Hava-desant qoşunları, Uzaq və Hərbi-nəqliyyat aviasiyası həyəcan siqnalı ilə ayağa qaldırılıb".

Onun sözlərinə görə, V.Putin ölkənin hərbi təhlükəsizliyi üçün təhdid yaradan, eləcə də antiterror, sanitar-epidemioloji və texnogen xarakterli vəziyyətlərin həlli zamanı qoşunların döyüş qabiliyyətinin yoxlanılmasını tapşırıb.

Yoxlama fevralın 26-dan martın 3-dək iki mərhələdə həyata keçiriləcək.

Tarix
2014.02.26 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla