Yuxarı

Qarabağ qarşılığında Rusiyanın 2 istəyi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ qarşılığında Rusiyanın 2 istəyi

Ermənistan prezidenti ölkəsində təşkil edilən mitinqlərdə birbaşa maraqlıdır.

Bu sözlər politoloq Arzu Nağıyevin Axar.az-a açıqlamasında yer alır. Politoloq bildirib ki, son zamanlar Ermənistanda qərbyönlü siyasətçilərin təşkilatçılığı ilə getdikcə böyüyən anti-Rusiya dalğası Sərksiyanın öz elektoratı qarşısında hesabatıdır:

"Bu, həm də İrəvanın Moskvaya bir cavabıdır ki, Rusiya Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həllinə və hər hansı sülhə məcbur etməsin. Qərb və Amerikanın təsirlərinə baxmayaraq, Sərkisyan son hərəkətləri ilə bir daha təsdiqləyir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə tələsmir və status-kvonu saxlamaqla hakimiyyətini qorumağa can atır. Hazırda "Rusiya Ermənistanı Azərbaycana dəyişəcəkmi" sualı gündəmi zəbt edib. Ancaq xarici siyasətdə dostluq məfhumu yoxdur. Əsas məsələ maraqlardır. Bu gün Rusiyanın Ermənistan və Azərbaycandakı maraqları çəki etibarilə müqayisə edilə bilməz. Moskva İrəvana görə Bakı ilə münasibətlərini itirməyəcək. Hərbi baxımdan nə qədər bağlı olsalar da, hazırda Rusiya elə bir çıxılmaz vəziyyətdədir ki, Azərbaycandan ikiəlli yapışmalı və Dağlıq Qarabağ prosesinin həllində müvafiq addımlar atmalıdır. Bu isə Moskvaya iki istəyinə - Qərbin sanksiyalarından qurtulmağa və regiondakı nüfuz savaşında irəli çıxmağa imkan verəcək".

Tarix
2016.07.14 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla