Yuxarı

Kadırov Türkiyədəki çevrilişin memarlarını tapdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə çevrilişə cəhd ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qərbdən asılı olmayan müstəqil siyasət yürütməsi ilə bağlıdır.

Axar.az xəbər verir ki, bu sözləri öz İnstaqram səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb.

Onun sözlərinə görə, çevrilişə cəhd edən generallar Qərbdən asılı olublar:

"Türkiyədə hərbi çevrilişə cəhd edildi. Qiyamçılar təyyarə də daxil olmaqla müxtəlif hərbi texnikalardan da istifadə etdilər. Ölü və yaralılar var. Türkiyə bizim yaxın qonşumuzdur. Bu ölkə ilə çox sıx iqtisadi, mədəni və mənəvi əlaqələrimiz var. Türkiyənin Suriyadakı hadisələrə yanaşma tərzi dəyişdi. Bəzi şərhlərdə çevriliş cəhdinin Ərdoğanın ölkəni islamlaşdırmaq istəməsi və Osmanlı İmperiyasını yenidən qurmağa çalışması ideyasına hərbiçilərin qarşı olması ilə əlaqələndiriblər. Bu, sadəcə, hadisələrə ötəri baxışdır. Yəqin ki, bu insanlar Osmanlı İmperiyasının sərhədlərinin haralara qədər uzandığını və Ərdoğan da daxil olmaqla heç kimin onu bərpa edə bilməyəcəyini anlamırlar. Əslində, türk generallar həmişə siyasətə qarışmağa və hakimiyyətə diktə etməyə öyrəşiblər. Bu cəhd Qərbə meyilli olan əsgərlərin ideyasıdır".

Tarix
2016.07.18 / 10:35
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ermənistanda kritik vəziyyət: Nikol istefaya gedir? – Video

İranlı deputat “nüvə silahımız var” dedi – Nə baş verir?

Şeyx Dünya İslam Alimlərinin toplantısında - Foto

Çinin daha bir şəhərində Azərbaycan Ticarət Evi

Qərbi azərbaycanlıların yaşadıqları tarixi faciədir - Nart

Əli Əsədov Caludla görüşdü

Bu dövlətlərə yardım bizim üçün mənəvi borcdur - Əliyev

İlham Əliyev bu rəsmi şəxsləri qəbul etdi - Foto

Ruslar sərhədimizdəki dislokasiya məntəqələrini tərk edir

Sülhməramlıların növbəti partiyası Xocalıdan çıxdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla