Yuxarı

FHN-çilər üçün yeni yaşayış binası - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-çilər üçün yeni yaşayış binası - Foto

Fövqəladə Hallar Nazirliyinin (FHN) sosial proqramına uyğun olaraq nazirliyin əməkdaşları üçün inşa olunmuş 12 mərtəbəli, 48 mənzilli yaşayış binalarından növbətisi istifadəyə verilib.

Axar.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev iştirak edib.

Çıxış edən nazir müavini Faiq Tağı-zadə bildirib ki, dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində müasir tələblərə cavab verən və hər cür şəraiti olan mənzillər istifadəyə verilir. Mənzil alan əməkdaşları təbrik edən nazir müavini əmin olduğunu bildirib ki, dövlətimizin bu dəyərli hədiyyəsi onların daha əzmkar fəaliyyət göstərmələrinə əlavə təkan verəcəkdir.

Sonra Fövqəladə Hallar Nazirliyi işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək mənzil alan əməkdaşları təbrik etmiş, rəhbərlik etdiyi təşkilat adından ölkə başçısına təşəkkür edib.

Yeni mənzil alanlar adından çıxış edən Fövqəladə Hallar Nazirliyinin zabiti baş leytenant Rafael Haqverdiyev və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş daxili xidmət baş çavuşu Zaur Eyvazovun atası Tahir Eyvazov nazirliyin əməkdaşlarının və onların ailələrinin sosial problemlərinin həllinə göstərdiyi ali diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə təşəkkür etmiş, bunun əməkdaşların daha böyük ruh yüksəkliyi ilə xidmət göstərməsinə səbəb olduğunu bildiriblər.

Sonra yaşayış binasının rəmzi açılışını bildirən qırmızı lent kəsilib.

Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan yaşayış binası Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişi və "Azkommunlayihə" Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müsair standartlara uyğun olaraq inşa edilib.

Tarix
2016.07.22 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Bakıdakı səfir Acarıstanın sədri ola bilər

İsrailin Azərbaycandakı sabiq səfirinə vəzifə verildi - Foto

Laçın postunun qurulmasının Zəfər tarixində strateji əhəmiyyəti

İran səfiri İlham Əliyevə təşəkkür etdi

Azərbaycan XİN Türkiyəni təbrik etdi

Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlıq...

Paşinyan Anna ilə barışdı

Xəzər dənizindəki limanlara hücum... – İran səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla