Yuxarı

Mehdiyev həbs edildi: kadrları dərhal hərəkətə keçdilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyev həbs edildi: kadrları dərhal hərəkətə keçdilər

“Kurtlar vadisi – Vətən” filmində bir səhnə var. Təyyarə ilə Amerikadan İstanbula çevriliş üçün gələn Fətullah Gülən xalqın dirənişini görüb planlarının pozulmasından sonra geri qayıtmağı əmr edir və orda bir cümlə işlədir: “Mənim adamlarıma deyin ki, aşkarlanmamaq üçün lazım olsa, məni söysünlər, özlərini qurban kimi göstərsinlər”. FETO Türkiyədə istədiyinə nail olmadı. Öldü. Bizim ölkədə də FETO obrazı Ramiz Mehdiyev idi.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış alim Zaur Əliyev PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsinə məhkum edilməsi barədə qeyd edib.

O bildirib ki, R.Mehdiyevin “yazdığı” kitablar belə onun özünə aid deyil, yüzlərlə alimin zəhmətidir, mövqeyindən istifadə edib hamısını öz adına çap etdirib:

“Adam ölkədə Rusiyanın “bəlkə də qayıtdı o günlər” ideyasını yaşadan və yayan bir nömrəli adamı idi. Sprut idi. Zəhərli, qaranlıq bir obraz yaşayıb və öz qara zəhərini hər yerə yayan Sprut.

Hətta cinayətkar Hacı Məmmədovun həbsdə olan zaman çəkdiyi rəsm də R.Mehdiyevə işarə vermişdi.

Rusiyanın ölkəmizdəki adamı, ölkənin İkinci adamı! Özünü ölkənin sahibi sayırdı və minlərlə insan qorxu içərisində onun adını çəkə bilmirdi.

Rusiyanın içimizdə saxladığı ən böyük təhlükədən biri həbs edildi. Lakin bu Sprutun başıdır və dünən gecədən izləyirəm, ona “Həqiqi filosof, dövlət quruculuğunu ölkədə hamıdan yaxşı bilən Ramiz Mehdiyev” deyənlər özlərini “qurban” kimi qələmə verirlər. Eynən FETO-nun tapşırığı kimi. Özlərini gizlətmək istəyirlər. Lakin indi süni intellekt və Quql əsridir və onlar öz təriflərini əsas səhifədən silsələr də, “keş” deyilən yaddaşda qalır. Yaddaşı isə nəinki internetdən, insanlardan silmək olmur.

Sprutun 40 qolu və o qolların digər qolları təhlükə olaraq qalır. Rusiyanın yetişdirdiyi agentlər, xainlər, satqınlar və sənin hesabına bahalı həyat yaşayan şərəfsizlər.

Ölkə Prezidenti çox ciddi addımlar atır. 1920-ci il təkrar edilməsin deyə, 28 aprel 28 Mayı əvəz etməsin deyə, Sprutun nəinki başı, bütün qol və ayaqları tamam kəsilməlidir.

Hər bir cinayət bəlkə də bağışlana bilər, Dövlətə və Vətənə xəyanət yox! Təyyarəni sifariş verdin, özünə çox güvəndin, düşmənlə əlbir oldun, lakin onun enişinin də ağır nəticəsini gözləməli idin. Gecikmiş də olsa, bu xəyanətinin cavabını nəinki bu dünyada, o dünyada da verəcəksən.

Növbə isə sənin qol-qanadın olanlardır ki, onlar da Azərbaycanın sağlam ayaq üstə durması üçün kəsilməlidir!”

Tarix
2025.10.15 / 11:05
Müəllif
Axar.az
Digər xəbərlər

Korrupsiyanı anladıq: bəs, vətənə xəyanət nədir?

Ramiz Mehdiyevin Rusiyadan aldığı medallar

PA rəhbəri Mehdiyevi deputat MM-də darmadağın edir - Video

Prezident onlara müraciət ünvanladı

Ramiz Mehdiyev dövlət çevrilişini kimlərlə etmək istəyirmiş?

Xəritə: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir - Geqamyan

Moskva Bakı ilə bağlı bu mübarizəyə başladı

Moskva Bakı və İrəvana müraciət etdi

Mehdiyev işinin şifrələri: daha kimlər həbs olunacaq?

Türkiyədə qərar: Azərbaycanlılar hansı üstünlüklər qazandı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla