Yuxarı

Ərdoğan üçün “Stalin taktikası” – Əməliyyat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan üçün “Stalin taktikası” – Əməliyyat

15 iyul dövlət çevrilişinə cəhd zamanı Rəcəb Tayyib Ərdoğanın Mərmərədən İstanbula gəlməsi üçün xüsusi əməliyyat keçirilib.

Axar.az xəbər verir ki, qiyamçıların prezidentin hansı təyyarədə olduğunu ayırd edə bilməməsi üçün Dalaman Hava Limanından eyni vaxtda 3 təyyarə havaya qalxıb.

Ərdoğan texniki özəlliklərini çox yaxşı bildiyi TC-ATA təyyarəsini məsləhət görüb və bu təyyarə ilə də yola çıxıb.

ATA təyyarəsindən dərhal sonra prezidentə məxsus digər təyyarələr Dalaman aeroportundan havaya qalxıb.

Ərdoğanın baş yavəri Əli Yazıcı pilotdan uçuş koordinatları istəyib. Pilot isə cavabında, "Koordinatlar bəlli deyil. Olsa belə, heç kimə demərəm. Həm də siz koordinatları neynirsiniz? Bu günə qədər heç kim belə bir sual verməyib. Təhlükəsizlik üçün koordinatları sadəcə pilot bilməlidir", - deyib.

Xatırladaq ki, ilk dəfə bu cür təhlükəsizlik taktikasından KQB-nin Stalinin səfəri zamanı istifadə etdiyi iddiası var. Bəzi tarixçilər 1943-cü il Tehran Konfransına gedən Stalin üçün Moskvadan 41 ədəd "prezident təyyarəsi"nin havaya qalxığını bildirirlər.

Tarix
2016.07.25 / 10:35
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla