Yuxarı

Türk general: “Bu, Vaşinqtonun birinci məqsədi idi…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ uzun illər ərzində aparılan fəaliyyətin nəticəsidir.

Axar.az xəbər verir ki, bunu "Tasnim" agentliyinə açıqlamasında ehtiyatda olan türkiyəli general Əhməd Yavuz söyləyib. Onun sözlərinə görə, hər zaman bu hərəkata dair müəyyən izlər tapılanda dövlət, Türkiyə Silahlı Qüvvələri doğru addım ata bilməyib:

"Dolayısı ilə bu qüvvə getdikcə gücləndi. Xüsusilə, 28 fevraldan (1980-ci il 28 fevral çevrilişi nəzərdə tutulur. – red.) sonra özlərini fərqli formada təqdim etdilər. Hazırkı iqtidarın zamanında isə daha da gücləndilər. Balyoz, Ərgənokon və digər davalarda qarşılarında maneə olaraq gördükləri cümhuriyyətçi kadrları yollarından təmizlədilər. Türkiyə bu günlərə belə gəldi. TSQ çox zaman belə davaların ucbatından qəti addımlar ata bilmədi. Bunun da nəticəsini hamımız ödədik. Bunlar 40 illik əməklərinin qarşısını almaq istəyirdilər. Ya tamamilə ləğv ediləcəkdilər, ya da ki dövləti ələ keçirəcəkdilər. Belə ki, artıq camaatın ləğvi əməliyyatı başlanmışdı. Fətullahçıların qazanıb-qazanmaması ABŞ-a maraqlı deyildi. Amerikalılar sadəcə onları cəsarətləndirərək Türkiyənin gücünü bir az zəiflətdilər. Bu çevriliş cəhdi Türkiyənin sərhədləri ilə oynamaq istəyənlərin xeyirinədir. ABŞ bunun vasitəsilə birinci yox, ikinci dərəcəli hədəfinə çatdı. Əgər çevriliş uğurlu olsaydı, İranla Türkiyənin işi çətinləşəcəkdi. Çünki Ankara İran və Rusiya əleyhinə siyasət həyata keçirəcəkdi. Yəni yeni hakimiyyət ABŞ-ın istədiklərinin hamısını etmək məcburiyyətində qalacaqdı. Bu vəziyyət isə bölgə ölkələrinin əleyhinə işləyəcəkdi. Bu, Vaşinqtonun birinci məqsədi idi. İkinci məqsəd isə çevrilişin uğursuz olacağı təqdirdə özləri üçün sərfəli vəziyyətin yaradılması olacaqdı. Ona görə ki, çevriliş cəhdi Türkiyəni daxili çaxnaşmaya aparacaqdı. Bəlkə daxili savaş da yarana bilərdi. Bu isə Türkiyəyə ağır zərbə olacaqdı. Nəticədə Böyük Orta Şərq layihəsi rahat şəkildə tətbiq ediləcəkdi. İstənilən halda ABŞ özünə sərf edən nəticələri əldə etdi".

Qeyd edək ki, general Əhməd Yavuz da Balyoz davasında həbs edilib. O, azadlığa çıxdıqdan sonra Vətən Partiyasına üzv olub.

Tarix
2016.07.25 / 16:46
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla