Yuxarı

Tansu Çillərdən Gülən –Açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin sabiq baş naziri Tansu Çillər Fətullah Gülənlə əlaqəsi olmadığını açıqlayıb.

Axar.az xəbər verir ki, xanım siyasətçi yazılı açıqlamasında son günlər mətbuatda yayılan xəbərlərin əsassız olduğunu deyib:

"Son günlərdə bəzi mətbuat orqanlarında baş nazir olduğum dövrdə Gülən camaatının dövlət içində yayılmasına göz yumduğum anlamına gələn məlumatlar yayılıb. Baş nazir vəzifəsində çalışdığım dövrdə paralel dövlətə heç bir şəkildə isti münasibət olmayıb. Bu çərçivədə Gülən camaatına yaxın bəzi müdavimlərin qorunması məqsədi ilə baş qərargah rəisindən nəsə istəməyimlə bağlı yayılan məlumatlar da həqiqəti əks etdirmir.

Ayrıca, Ali Hərbi Şura toplantılarında verilən qərarlara tərəfimdən hər hansı bir şərh verilməyib".

Xatırladaq ki, Türkiyə mətbuatında 1993-1996-cı illərdə baş nazir olan Tansu Çillərin Gülən camaatı ilə əlaqədə olduğu iddia edilib. Xanım siyasətçinin Gülən camaatına yaxın "Bank Asiya" və digər tədbirlərdə iştirakı müəyyən şübhələrə yol açıb.

Tarix
2016.07.25 / 20:09
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

Yenə bizim olmayanları alaq, bizə hücum edilsin?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla