Yuxarı

Ərdoğan: “Bizim 3 milyardımızı vermirlər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Türkiyəyə söz verdiyi 3 milyard avronu vermir.

Axar.az xəbər verir ki, bunu Almaniyanın ARD telekanalına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

Prezidentin sözlərinə görə, Avropa hökumətləri özlərini dürüst aparmırlar:

"Avropa indiyə qədər bizə 2 milyon dollar verib. Miqrantların saxlanılması isə Türkiyəyə 12 milyard dollara başa gəlir. 3 milyon suriyalı, iraqlı hazırda bizim məmləkətdədir. Avropa Birliyi isə öz öhdəliklərini yerinə yetirmir".

Qeyd edək ki, bu ilin martında Türkiyə və Avropa Birliyi arasında miqrantlarla bağlı razılaşma əldə olunub. Razılaşmaya əsasən, Türkiyə Avropaya Yaxın Şərqdən axın edən qaçqınları qəbul etməli idi. Brüssel isə bunun qarşılığında Türkiyəyə 3 milyard avro verməyi, viza rejimini ləğv etməyi üzərinə götürürdü.

Tarix
2016.07.26 / 10:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla