Yuxarı

Rusiya: “Gülən ABŞ casusudur, ekstradisiya olmayacaq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının üzvü Vyaçeslav Nikonov Fətullah Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olduğunu və bu səbəbdən Türkiyəyə ekstradisiya olunmayacağını iddia edib.

Axar.az xəbər verir ki, "Rusiya 1" telekanalında proqrama qatılan siyasətçi Gülən təşkilatının ABŞ tərəfindən yaradıldığını deyib:

"Türkiyədə çevriliş yaratmaq istəyən qüvvələr Ukraynada bunu edə bildilər. Rusiyanı da qarışdırmaq istəyirlər. Gülən təşkilatını MKİ yaratdı. Gülənin yaşıl kart müraciəti rədd edildikdən sonra aparılan məhkəmə prosesində ona dəstək verənlər arasında MKİ-nin keçmiş işçiləri – Georg Fidas, Qraham Fuller və ABŞ-ın Ankaradakı keçmiş səfiri Morton Abramoviç kimi adamlar olub. Gülən ABŞ-ın dəstəyi ilə öz adamlarını yüksək vəzifələrə gətirə bilib. Onu ekstradisiya etməyəcəklər. Bu arada NATO Varşava zirvəsində kimsə Ərdoğanın əlini sıxmadı. ABŞ və NATO rəhbərliyi də bunu etmədi. Çünki Ərdoğan zirvədən 3 gün öncə Putinlə barışmışdı".

Proqramda çıxış edən Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, türkoloq alim Vladimir Avatkov isə ölkəsinin mövcud vəziyyətdən yararlanmasının vacib olduğunu qeyd edib:

"Bu, Rusiyanın çıxarları baxımından gözəldir. Belə də davam etməlidir. FETÖ Rusiyada qadağandır. Gülənin məktəbləri keçmiş sovet respublikalarında qalıb. Türkiyədə çox güclü anti-amerika əhval-ruhiyəsi var. Rusiya bundan yararlanmalıdır. Əgər Türkiyə yeni Osmanlı ehtiraslarından vaz keçsə, yeni rus-türk münasibətləri ilə qarşılaşa bilərik".

Tarix
2016.07.26 / 11:40
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla