Yuxarı

Məmmədyarov Niderland səfirini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Niderland Krallığının ölkəmizdəki səfiri Robert Yan Qabrielseni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə son illər iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.

Görüşdə həmçinin, iki ölkə arasında ətraf mühit, kənd təsərrüfatı, fövqəladə hallar, logistika və digər sahələrdə qurulmuş uğurlu əməkdaşlıq xüsusi vurğulanıb.

Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir Robert Yan Qabrielsenə minnətdarlığını ifadə edib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Tarix
2016.07.26 / 16:55
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

4 kəndin qaytarılması bu istiqamətdə güclü addımdır

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Buna görə müstəqil olmadıq, başqalarından asılı yaşadıq

COP29 Qafqazda sülh prosesinə kömək edə bilər - Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla