Yuxarı

Əsas çətinlik yeni reallıqla barışmaqdadır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsas çətinlik yeni reallıqla barışmaqdadır

Siyasi baxımdan Ermənistanla Azərbaycan arasındakı münaqişə başa çatıb, lakin sosial-psixoloji baxımdan davam edir.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Orbeli: Sülhün və çoxtərəfli əməkdaşlığın qurulması” illik beynəlxalq forumunda çıxışı zamanı deyib.

Paşinyanın sözlərinə görə, iki ölkə arasında artıq sülh bərqərar olub, lakin hazırda əsas çətinlik diplomatiyada deyil, yeni reallıqla barışmaqdadır:

“Sülhdən danışanda bu, çoxlarına qəribə və hətta yad görünür. Sülh Ermənistan və Azərbaycan üçün tanış olmayan bir anlayışdır və yeni bir mühitdir. SSRİ-nin dağılmasından sonra məhz münaqişə hər iki ölkənin siyasi sistemlərinin, ictimai əhval-ruhiyyəsinin və milli kimliyinin formalaşdığı amilə çevrildi: Münaqişə düşüncə tərzimizi, siyasətimizi və xalqlar arasındakı münasibətləri müəyyən etdi. Siyasi mənada münaqişənin sonu ictimai şüurda dərhal dəyişiklik demək deyil. Uzun müddətdir davam edən düşmənçiliyin aradan qaldırılması vaxt, dialoq və qonşuluğun qavranılmasına yeni yanaşmalar tələb edir. Bu gün Ermənistan və Azərbaycan arasında uğur hekayələri var. Bu hekayələr 2024-cü ildə iki ölkə arasında sərhəd demarkasiyası prosesindən başlayıb. Bu, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulmasında dönüş nöqtəsidir, çünki hər iki ölkə 1991-ci il Almatı bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü tanıyır”.

Tarix
2025.11.04 / 12:57
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...

Epşteynin pərdəarxası: Qlobal elitanı kimlər şantaj edir?

İlham Əliyev Məhəmməd Əbdülsalamla görüşdü

Əliyevin ardınca Paşinyan da BƏƏ-yə gedəcək

Azərbaycanda bu deputatlara yeni vəzifə verildi

Avropa Birliyi Azərbaycan və Türkiyəyə şərt qoydu

Azərbaycanın təhvil verdiyi Vaqif evə buraxıldı

Xalq artistinin oğlu döyüldü, daha 2 nəfər saxlanıldı

Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər

İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü, sənəd imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla