Yuxarı

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

Robert Köçəryan agent idi. Belə bir fakt da deyim ki, o, bunun üçün xüsusi hazırlıq keçmişdi.

Axar.az xəbər verir ki, bunu İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin Ukraynada təşkil olunmuş qeyri-rəsmi görüşündən danışıb:

"Onda Köçəryan birdən yada salmağa başladı ki, o, vaxtilə üzgüçülüklə məşğul olub, tez-tez Qara dənizdə üzürmüş. Ondan soruşublar ki, nə əcəb Qara dəniz? Səbəb də bu imiş ki, orada su altında xüsusi təşkil olunmuş kurslar olub. Diversant kimi müxtəlif hazırlıq növlərinə cəlb olunub. O, hətta kitabında da yazıb ki, Qarabağda hadisələr başlayanda artıq komsomolun iclaslarında yox, digər insanlarla görüşürdü. Xankəndidə xüsusi təşkilat komitəsi var idi. Müxtəlif yerlərdən gələn milis, KQB işçilərinin bir qismi guya günorta üsyanı yatırmaq üçün gəlmişdilər, axşamlar isə Köçəryanla, Quqasyanla görüşürlərmiş. Bunu Köçəryan özü yazır. Yəni ehtiyatda olan hazırlıqlı agent olub".

"Ter-Petrosyanın da parlaq keçmişi olmayıb. Onun atası Suriyada kommunist partiyasının təşkilatçılarından biri idi. Yəni biz bilməliyik ki, onların siyasi elitası çox güclü şəkildə Rusiyanın təsiri altında idi", - deyə sabiq nazir əlavə edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2025.11.05 / 00:37
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla