Yuxarı

Erməni MTX əməliyyat keçirdi: 15 günlük oyun bitdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni MTX əməliyyat keçirdi: 15 günlük oyun bitdi

Ermənistan Milli Təhlükəsizlik Xidməti 15 gündür polis binasını əldə saxlayan "Sasna çrer" silahlı qrupuna qarşı əməliyyat həyata keçirib.

Axar.az xəbər verir ki, Ermənistan MTX yaydığı açıqlamada 30 və 31 iyul tarixlərində terrorçulara qarşı əməliyyat təşkil edildiyini və az öncə əməliyyatın başa çatdığını bildirib.

Verilən məlumatda 20 terrorçunun ələ keçirildiyi və polis binasının tam azad edildiyi vurğulanır.

Qeyd edək ki, iyulun 17-də "Sasna çrer" silahlı qruplaşması Erebuni rayonundakı PPX binasını ələ keçirib. Serj Sərkisyanın istefasını və həbsdə olan müxalif lider Səfilyanın azadlığını tələb edən silahlı qruplaşma iyulun 23-də bütün girovları azadlığa buraxıb. Daha sonra girov götürülən təcili yardımın 4 həkimi də ötən gün azad edilib.

Əhali silahlı qruplaşmaya fəal dəstək verib. Etirazçılarla polis arasındakı toqquşmada 165 nəfərin yaralandığı, 100-ə qədər şəxsin həbs edildiyi bildirilir.

Həmçinin polis silahlı qruplaşmaya qarşı da bir neçə dəfə silahdan istifadə edib. Nəticədə bir neçə silahlı ayağından və sinəsindən yaralanıb. Bir polisin isə ötən gün silahlıların açdığı atəş nəticəsində öldüyü vurğulanır.

Az öncə "Sasna çrer" qrupunun üzvləri təslim olmaq barədə qərar verdiklərini media vasitəsilə bəyan etmişdilər.

Tarix
2016.07.31 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla