Yuxarı

ABŞ bu gün Türkiyəyə hesabat verəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ-nun dövlət çevrilişinə cəhdinin ardından Türkiyəyə səfər edən ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford bu gün Baş nazir Binəli Yıldırımla görüşəcək.

Axar.az Axşam.com-a istinadən xəbər verir ki, general 15 iyul çevrilişi ilə bağlı türk hökumətinə əhatəli izahat verəcək.

Qeyd edək ki, ABŞ rəsmisi baş nazirlə görüşündən sonra türkiyəli həmkarı Hulusi Akar və Müdafiə naziri Fikri İşıqla bir araya gələcək.

Ankara görüşlərində Dunford çevrilişə cəhddən sonra ABŞ generalı Cozef Votelin müttəfiq ölkənin ünvanına işlətdiyi ifadələrə də aydınlıq gətirəcək.

Ayrıca Dunforda çevrilişə cəhddə iştirak etmiş zabitlərin Fətullah Gülənlə əlaqəsini isbat edən etiraflar, ifadələr və sənədlər göstəriləcək, Gülənin ekstradisiya edilməyəcəyi təqdirdə iki ölkə arasında münasibətlərin korlanacağı amerikalı generalın diqqətinə çatdırılacaq.

Tarix
2016.08.01 / 15:20
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla