Yuxarı

Aktau–Bakı-Tiflis–Qars blok-qatarı işləyəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Silk Wind" layihəsi üzrə blok-qatarın Aktau–Bakı-Tiflis–Qars marşrutu üzrə buraxılması təklif olunub.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyində "Silk Wind" layihəsi ilə bağlı işçi qrupun ilk iclası keçirilib. İclasda "Silk Wind" layihəsi çərçivəsində görülən işlər və qarşıdakı vəzifələr müzakirə olunub.

"Silk Wind" TRASEKA proqramının "Logistik proseslər və dəniz magistralları" layihəsi çərçivəsində, Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyi tərəfindən irəli sürülüb. Məqsədi TRASEKA dəhlizinə əlavə yük axınlarının cəlb olunması, iştirakçı ölkələrin gömrük xidmətləri və daşıma prosesinin iştirakçıları arasında ilkin informasiya mübadiləsi sisteminin tətbiqi ilə səmərəli konteyner qatarı marşrutunun yaradılması və kompleks logistik xidmətlərin göstərilməsidir. TRASEKA beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətliyinin artırılması üçün 4 ölkənin – Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat potensialının və bu istiqamətdəki səylərinin birləşdirilməsini nəzərdə tutur.

Qazaxıstan tərəfindən layihə üzrə blok-qatarın "Dostık/Altınkol–Jezkazqan–Aktau limanı–Bakı limanı–Tiflis–Qars" marşrutu üzrə buraxılması təklif olunub.

Xatırladaq ki, 2012-ci ilin noyabrın 28-də İzmir şəhərində "Silk Wind" layihəsinin inkişafı istiqamətində Qazaxıstanın, Azərbaycanın, Gürcüstanın və Türkiyənin nəqliyyat nazirlikləri arasında "Nəqliyyat əlaqələrinin inkişafı və yük daşımalarının təşkili üzrə birgə fəaliyyət prinsipləri haqqında" Anlaşma Memorandumu imzalanıb. (AzərTac)

Tarix
2014.03.01 / 20:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla