Yuxarı

Usubov oğlunun həbsindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Usubov oğlunun həbsindən danışdı

Fəridin həbsindən mənim də sizin qədər məlumatım var. Bu barədə hələ heç nə deyə bilmərəm.

Axar.az xəbər verir ki, bu barədə “Yeni Sabah”a açıqlamasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmiş Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubovun atası Cəbrayıl Usubov bildirib.

“Bu həbsdən mənim də sizin qədər məlumatım var. Hələ heç nə deyə bilmərəm. Baş Prokurorluğun rəsmi açəqlamasından başqa heç bir məlumatım yoxdur”, - deyə C.Usubov açıqlayıb.

Onun sözlərinə görə, hələ oğlu ilə görüşməyib.

“Hələ görüş vermirlər”, - Fərid Usubovun atası bildirib.

“Həbsdən apellyasiya verəcəksinizmi” sualına o, “təbii ki” cavabını verib.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin əməkdaşı Fərid Usubov Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Ona qarşı 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaq tədbirləri davam edir və əlavə məlumat veriləcək.

Fərid Usubov, uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğludur.

Tarix
2025.12.11 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd...

Bu dəmir yolu Zəngəzurla Naxçıvanı birləşdirəcək - Prezident

Qarabağ buğda əkən bir neçə generalın nəzarəti altında idi

Putin Kremldən Paşinyana xəbərdarlıq etdi

Bu ölkələr bizi dayandırmaq istəyirdi

Şuşanın azad olunması ilə Ermənistan ordusunun beli qırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla