Yuxarı

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

2026-cı ildən etibarən xarici vətəndaşlar və qurumlar Səudiyyə Ərəbistanında daşınmaz əmlak sahibi ola biləcəklər. Ölkə rəhbərliyi bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər etməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bunu ölkənin bələdiyyələr və tikinti naziri Məcid əl-Həqil deyib.

Nazir qeyd edib ki, əcnəbilər Məkkə, Mədinə, Ciddə və Ər-Riyad şəhərləri istisna olmaqla, istənilən yerdə daşınmaz əmlak ala biləcəklər. Əlavə edilib ki, adıçəkilən dörd şəhərdə müəyyən bölgələrdə xarici vətəndaşlara daşınmaz əmlak sahibi olmaq icazəsi veriləcək. Ümumiyyətlə, ölkədə yaşayan əcnəbilər yalnız bir daşınmaz əmlak ala bilərlər.

Bununla yanaşı, Səudiyyə Ərəbistanının Daşınmaz Əmlak İdarəsinin xarici mülkiyyət məsələləri üzrə icraçı direktoru Fəhəd bin Süleyman adıçəkilən şəhərlərdə xaricilərin mülkiyyət sahibi ola biləcəkləri ərazilərin qiymətləndiriləcəyini və bu barədə yeni qaydalarla birlikdə yaxın zamanda açıqlama veriləcəyini vurğulayıb.

Qeyd olunur ki, xarici vətəndaşlar tərəfindən daşınmaz əmlak alışına 5%-dən çox olmayan vergi tətbiq olunacaq. Yeni sistemin əsas məqsədi daşınmaz əmlak sektorunun Ümumi Daxili Məhsulda (ÜDM) payını artırmaq və ölkə iqtisadiyyatında neftdən asılı olmayan müxtəlif gəlir mənbələri yaratmaqdır.

Tarix
2025.12.13 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla