Yuxarı

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Azərbaycan vətəndaşları üçün tətbiq ediləcək viza rejiminin yeni qayda və şərtlərinin dəqiqləşdirilməsi məqsədilə Monteneqro tərəfinə rəsmi sorğu göndərilib.

Axar.az xəbər verir ki, bu barədə "Operativ Media"nın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, uzun müddət Monteneqro birtərəfli qaydada bu ölkəyə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejimini tətbiq edib:

"Lakin Monteneqro hökumətinin qərarına əsasən, 2026-cı ilin 15 yanvar tarixindən etibarən Monteneqroya səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza rejimi tətbiq olunacaq".

XİN sözcüsü qeyd edib ki, bu qərar Monteneqro hökumətinin Avropa İttifaqına üzvlük prosesi çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə əlaqədardır:

"Ölkəmizin vətəndaşlarına münasibətdə viza rejiminin yeni qaydaları və şərtlərinin nədən ibarət olacağı barədə müvafiq sorğumuz qarşı tərəfə ünvanlanıb.

Məsələ ilə bağlı müvafiq qaydada əlavə məlumat veriləcəkdir".

Qeyd edək ki, 2026-cı il yanvarın 15-dən sonra Azərbaycan vətəndaşları Monteneqroya yalnız viza əsasında səfər edə biləcəklər. Bu ölkədə işləmək və ya biznes fəaliyyəti ilə məşğul olmaq üçün isə ən azı 1 illik yaşayış icazəsinin alınması tələb olunacaq.

Monteneqro hökumətinin dekabr ayında keçirilən son iclasında viza rejimi ilə bağlı yeni qərarlar da qəbul edilib. Qərara əsasən, Bəhreyn Krallığı, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə Respublikasının vətəndaşları etibarlı pasportla Monteneqroya vizasız daxil ola, tranzit keçə və 30 günədək ölkədə qala bilərlər.

Tarix
2025.12.29 / 22:36
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla